News Agency:Xəbərlər
Milli idmançılar və medal sahiblərinin ali rəhbərlə görüşü
Milli idmançılar və medal sahiblərinin ali rəhbərlə görüşü
-«Allahın adı ilə»- Dünən 22.11.2023-cü il tarixdə Asiya çempionatlarında medal qazanan bəzi qəhrəman idmançılar və paralimpiyaçılar ali rəhbər ayətullah Xamenei həzrətləri ilə görüşdülər. Ali rəhbər idmançılara və onların məşqçilərinə dərin təşəkkür edərək onların yarışlarda ehtiramla davranışlarının İran millətinin əsil simasının göstəricisi olduğunu diqqətə çatdırdı. Öz dəyərli medalları ilə İran xalqının könlünü oxşayan və onların sevincinə səbəb olan əziz idmançılara səmimi minnətdarlığını bildirdi. Ali rəhbər güclü İranın güclü idmanı olmasına təkid edərək, bu sahədə məsul şəxslərə tövsiyə etdi ki, idmançıların məişət şəraitinin yaxşılaşdırılmasına və onların ehtiyaclarının qarşılanmasına, onların inkişaf etməsinə lazımi dəstək verilsin. Ayətullah Xamenei həzrətləri çıxışının davamında idmançılara bildirdi ki, uğur və şöhrət insana daha çox məsuliyyət gətirir. İdmançılarln rəftarı, danışığı və hərəkətləri əksər gənclərə nümunədir və onlar üçün təsir edicidir. O, çıxışının davamında təcavüzkar və uşaq qatili olan İsrailin Qəzzaya hücumları barədə danışaraq dedi: Siyonist rejim İsrail #Tufanuləqsa əməliyyatı ilə texniki zərbə aldı və HƏMAS bir dövlət kimi yox bəlkə bir mübariz qrup olaraq əlindəki məhdud imkanlarla İsrail dövlətinə texniki zərbə endirdi. Ali rəhbər İsrailin bu bacarıqsızlığını ört-basdır etməyə çalışdığına diqqət çəkərək dedi: Onlar bunu kompensasiya etmək üçün Qəzzadakı xəstəxanaları və məktəbləri hədəf alaraq özlərini göstərdilər. Ancaq bu idmançıların hərəkətinə bənzəyir, belə ki məğlub olan tərəf qalib komandanın tamaşaçılarına hücum edir və onları döyür. Baş tutan bu görüşün əvvəlində iranlı zorxana ustaları çox maraqlı bir kompozisiya icra edərək bu qədim idman növünü ali rəhbərin və iştirakçıların hüzurda sərgilədilər.
© 2019 - economy@mfa.ir