25 November 2024
فارسی
EN
Əsas səhifə
Xəbərlər
Baş konsul
elanlar
Siyasət
İqtisadiyyat
Kosulluq işləri
İran haqqında
Mədəniyyət
Media
News Agency:Xəbərlər
Azərbaycanın qələbələrinə İranın baxışı
Azərbaycanın qələbələrinə İranın baxışı
Allahın adı ilə On noyabr 2020-ci il tarixi Azərbaycan Respublikasının Qarabağdakı işğal olunmuş ərazilərini ermənilərdən azad etdiyi gün kimi tarixdə qeyd olunmuşdur. Bu münasibətlə Azərbaycana və şərif millətinə səmimi təbriklərimizi çatdırır, vətən uğrunda həlak olan şəhidlərə Allahdan rəhmət diləyir, qazilərə isə cansağlığı arzulayırıq. Azərbaycan Respublikası ilə çoxlu müştərək dəyərləri olan qonşu İran İslam Respublikası müharibənin və işğalın başlandığı ilk gündən bəri bu addıma qarşı öz ciddi və möhkəm siyasətini davam etdirmişdir, son müharibədə isə Ali rəhbərində bəyanatında bildirildiyi kimi öz aşikar mövqeyini diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının işğalda olan ərazilərinin azad edilməsi zəruriliyi azlıqların hüquqlarına ehtiram və beynəlxalq sərhədlərin dəyişdirilməməsi prinsipinə əsaslanan mövqedir və İranın əsas xarici siyasət istiqamətidir. Bu mövqe İranın təkid etdiyi möve idi və Azərbaycan Respublikası 19 sentyabr 2023-cü il tarixdə Qarabağın geri qalan ərazisinidə işğaldan azad edərək ərazi bütövlüyünü tamamladı və yenədə dəstəkləndi. İran İslam Respublikasının qonşuları ilə siyasəti xalqlarımızında maraqlarına uyğun olan hərtərəfli dostluq və qardaşlıq münasibətləri yaratmaqdan ibarətdir. Tehran 3+3 formatında nazirlər səviyyəsində ilk iclası təşkil etməklə ümumi mənafeə xidmət edən bir formulun icrası barədə razılıq danışıqları aparıldı. Əlavə olaraq məsələlərdə yerli həll yollarından istifadə edilməsi və Fələstində və Qəzzada şahid olduğumuz zalim güclərə dəstəyin və müdaxilənin əksinə olaraq qeyri regional güclərin regiona müdaxiləsinin qarşısının alınması barədə danışıqlar aparıldı. Bəli bu ağıllı üsuldur ki, qonşunun təhlükəsizliyi və rifahı qonşuda inkişaf və uğur yaradır. Qonşuların sayının çoxluğuna görə dünyada sayılan ölkələrdən olan İran, qonşularla sadələşdirilmiş və yüksəlişdə olan əlaqələrin tərəfdarıdır. Azərbaycan Respublikasıda İranın xarici siyasətində bu baxımdan öz önəmli yerini tutmuşdur. Əlbəttə unutmamaq lazımdır ki, dostluq və qonşuluğu istəməyən düşmənlər həmişə vardır və onlar qonşular arasında şübhələr yaratmağa çalışırlar. Tehranın və Bakının ağıllı və təmkinli davranışı nəticəsində inşallah onlar öz hədəflərinə çatmayacaqlar.