24 November 2024
فارسی
EN
Əsas səhifə
Xəbərlər
Baş konsul
elanlar
Siyasət
İqtisadiyyat
Kosulluq işləri
İran haqqında
Mədəniyyət
Media
News Agency:Xəbərlər
İran-Azərbaycan arasında yeni əməkdaşlıqlar barədə
İran-Azərbaycan arasında yeni əməkdaşlıqlar barədə
Allahın adı ilə İran-Azərbaycan arasında yeni əməkdaşlıqlar barədə İranın Yol və Şəhərsalma naziri Mehrdad Bəzrpaşın Azərbaycan Respublikasına son səfəri zamanı Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin iştirakı ilə Naxçıvan Muxtar Respublikasını İran İslam Respublikasında keçməklə Azərbaycan Respublikasına bağlayacaq yeni yolun təməli atıldı. Tədbir çərçivəsində Araz çayı üzərində bir ədəd körpünün təməli atıldı. İki tərəfi birləşdirəcək bu körpünün davamında İran İslam Respublikasının ərazisindən keçməklə Culfa gömrüyü vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına giriləcəkdir. Bu layihə dəmir yolu xəttinidə özündə cəmləşdirir. Əgər diqqət yetirsək görərik ki, bu təkcə Arazın iki tərəfini birləşdirən körpü deyil bəlkə dostluğu və əlaqələri möhkəmləndirən, gediş-gəlişi artıran bir addımdır. Bu isə hər iki tərəfin əməkdaşlıq istəyinin təzahürüdür. Bu yeni körpü ilə başlayan müştərək addım göstərdi ki, heç bir siyasi hədəf olmadan belə zahirdə çətin və imkansız görünən yeni iqtisadi əməkdaşlıqlar üçün uğurlu addımlar atmaq mümkündür. Əlbəttə İran İslam Respublikası və Azərbaycan Respublikası bu sahədə çox geniş və dəyərli təcrübəyə sahibdirlər. İran otuz ildir ki, öz ərazisi vasitəsi ilə Naxçıvanı Azərbaycan Respublikasına bağlayan yolu dəyərli naxçıvanlıların ixtiyarına veribdir və hətta öz ərazisi vasitəsi ilə bu bölgəni təbii qaz ilə təmin olunmasına kömək edir. Hətta bəzi zamanlarda baş verən siyasi problemlərə baxmayaraq İran yenədə nəqliyyat vasitələrinin və enerjinin öz ərazisindən keçməsini dayandırmadı. Hətta Covid 19 pandemiyası zamanı bütün ölkələrin sərhədləri bağlı olduğu halda İran öz sərhədlərini qonşuları o cümlədən, Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası üçün bağlamadı. Bugündə sərhədlərdən keçid imkanı mövcuddur. Bəli bugün Cənubi Qafqaz regionu yeni əməkdaşlıq mərhələsindədir. Elə bir imkan yaranıb ki, hər kəs bu imkanlardan faydalansın və hamının mənafeləri diqqətə alınaraq yeni əməkdaşlıqlar qurulsun və əməkdaşlıqlarda yeni dostcasına həll yolları seçilsin.