21 November 2024
2024/06/12 - 16:29
View 68
2024/06/12 - 16:29
Siz Tarixin Doğru Tərəfindəsiniz

İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Amerikadakı Fələstin Tərəfdarı Tələbələrə Məktubu

İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Amerikadakı Fələstin Tərəfdarı Tələbələrə Məktubu

Allahın Adı İlə

 

İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Amerikadakı Fələstin Tərəfdarı Tələbələrə Məktubu:

"Siz Tarixin Doğru Tərəfindəsiniz"

Mən bu məktubu oyanmış vicdanı onları Qəzzanın məzlum uşaq və qadınlarını müdafiə etməyə sövq edən gənclərə yazıram.

Amerika Birləşmiş Ştatlarındakı əziz gənc tələbələr! Bu, bizim sizə rəğbət və həmrəylik mesajımızdır. Siz indi tarixin səhifələrini çevirərkən onun doğru tərəfində dayanırsınız.

Siz indi müqavimət cəbhəsinin bir hissəsini təşkil edirsiniz. Siz qəsbkar və amansız sionist rejimi açıq şəkildə müdafiə edən hökumətinizin amansız təzyiqi altında şərəfli mübarizəyə başladınız. Uzaq bir yerdə olan böyük müqavimət cəbhəsi sizin bugünkü davranış və hisslərinizlə eyni tərzdə olmaqla, illərdir mübarizə aparır. Bu mübarizənin məqsədi “sionistlər” adlı terrorçu və amansız bir şəbəkənin illər öncə Fələstin xalqına vurduğu və ölkələrini işğal etdikdən sonra ən ağır təzyiq və işgəncələrə məruz qoyduğu aşkar zülmün qarşısını almaqdır. Sionist aparteid rejiminin bugünkü soyqırımı ötən onilliklərin son dərəcə qəddar davranışının davamıdır. Fələstin müsəlmanlar, xristianlar və yəhudilərdən ibarət xalqı olan və uzun tarixə malik müstəqil bir ölkədir. Dünya Müharibəsindən sonra sionist şəbəkə kapitalistləri İngiltərə hökumətinin köməyi ilə tədricən bir neçə min terrorçunu bu torpaqlara gətirdilər. Onlar onun şəhərlərini və kəndlərini işğal etdilər. On minlərlə insan öldürüldü və ya qonşu ölkələrə sürgün edildi. Evlərini, bazarlarını, təsərrüfatlarını əllərindən aldılar və qəsb edilmiş Fələstin torpağında İsrail adlı bir hökumət qurdular. Bu qəsbkar rejimin İngiltərənin ilk yardımından sonra ən böyük dəstəkçisi o rejimə siyasi, iqtisadi və silah dəstəyini davam etdirən, hətta nüvə silahı istehsalına yol açan Amerika Birləşmiş Ştatları hökumətidir. bağışlanmaz diqqətsizlik ona bu şəkildə kömək etdi. Sionist rejim ilk gündən müdafiəsiz Fələstin xalqına qarşı “dəmir yumruq” siyasətindən istifadə edərək, bütün vicdanlı, bəşəri və dini dəyərlərə məhəl qoymayaraq, qəddarlığı, terroru və repressiyaları günü-gündən artırdı. ABŞ hökuməti və onun tərəfdaşları bu dövlət terrorizminə və davamlı zülmə belə məhəl qoymadılar. Bu gün də ABŞ hökumətinin Qəzzada baş verən dəhşətli cinayətlə bağlı bəzi bəyanatları reallıqdan çox ikiüzlülükdür. “Müqavimət Cəbhəsi” bu qaranlıq və çıxılmaz atmosferin qəlbindən meydana gəldi və İranda “İslam Respublikası” hökumətinin qurulması onu genişləndirib, gücləndirdi. Amerika və Avropadakı əksər media şirkətlərinə sahib olan beynəlxalq sionizmin liderləri rüşvətlərin təsiri altındadırlar. Onlar bu humanist və cəsur müqaviməti terror kimi təqdim ediblər!

Sionist işğalçıların cinayətlərinə qarşı öz torpağında özünü müdafiə edən millət terrorçudurmu? Bəs bu xalqa insan yardımı etmək, onu gücləndirmək terrora kömək sayılırmı? Qlobal hökmranlığın liderləri insan anlayışlarına belə rəhm etmirlər. Qəddar və terrorçu İsrail rejiminin özünü müdafiə etdiyini iddia edərək, öz azadlığını, təhlükəsizliyini, öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən Fələstin müqavimətini “terrorçu” adlandırırlar! Sizi əmin etmək istəyirəm ki, bu gün vəziyyət dəyişir. Qərbi Asiyanın həssas regionunu daha bir aqibət gözləyir. Qlobal miqyasda bir çox vicdanlar oyanıb və həqiqətlər üzə çıxır. Müqavimət cəbhəsi daha da güclənəcək. Tarix isə dəyişir. Sizdən başqa ABŞ-ın onlarla universitetinin tələbələri, digər ölkələrin universitetləri, insanlar da ayağa qalxıb. Universitet professorlarının siz tələbələri müşayiət etməsi və sizə dəstək olmağı mühüm və təsirli bir hadisədir. Bu, hökumətin polis fəaliyyətinin şiddəti və sizə qarşı təzyiqləri qarşısında bir qədər təsəlliverici ola bilər. Mən də siz gənclərə rəğbət bəsləyirəm və mövqeyinizə hörmətlə yanaşıram. Biz müsəlmanlar və bütün dünya əhli üçün Quran dərsi haqq yolunda dayanmaqdır. Quranın əmri belədir ki, nə zülm edin, nə də zülmə boyun əyin!

Bu və yüzlərlə buna bənzər əmrləri öyrənib yerinə yetirməklə müqavimət cəbhəsi irəliləyəcək və qələbə qazanacaq. İnşallah. Sizə Quranla tanış olmağı tövsiyə edirəm!

 

Ayətullahul-Üzma Seyid Əli Xamenei

İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است