24 November 2024
2023/12/01 - 11:34
View 74

Araz Azad Zonada Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq prespektivləri

Allahın adı ilə

Araz Azad Zonada Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq prespektivləri

 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Seyid Abbas Musəvi və Naxçıvan Muxtar Respublikasındakı başkonsulu Seyid Əhməd Hüseyni cənabları Şərqi Azərbaycan vilayəti və Araz Azad Zona ilə əməkdaşlıq imkanlarını araşdırmaq üçün 27.11.2023-cü il tarixdə azad zonaya səfər edərək aidiyyatı məsul şəxslərlə görüşlər keçirtdilər.

Səfər çərçivəsində İİR-in azad zonalar üzrə məsul şəxsi, Araz Azad Zonanın icraçı direktoru, Şərqi Azərbaycan vilayətinin məsul şəxsləri və bir sıra sahibkarlarla görüşlər təşkil olundu.

Görüşlər çərçivəsində səfir cənab Seyid Abbas Musəvi İran-Azərbaycan əməkdaşlığının son vəziyyəti barədə məlumat verərək iki ölkə arasındakı iqtisadi əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırdı. Başkonsul Seyid Əhməd Hüseyni çıxışı zamanı Naxçıvanın azad zona olacağını, İran və Türkiyə üçün tranzit keçidlərin əhəmiyyəti barədə məlumat verdi.

Azad zona ilə tanışlıq zamanı Azərbaycan Respublikasından olan bir nəfər sahibkarın istehsal müəssisəsinə baxış keçirildi. Belə bir uğurlu müəssisənin fəaliyyət göstərməsi müştərək əməkdaşlığın səviyyəsindən xəbər verir. Bu müəssisədə işləyən Azərbaycan vətəndaşları öz növbələrində iş və yaşayış şəraitindən tam razılıq etdilər. Onların ən böyük istəyi və arzusu isə ən qısa zamanda quru sərhədlərin açılması idi. Sərhədlərin açılması isə sərhədin hər iki tərəfinin insanlarının arzusu və istəyidir.

Araz Azad Zona ilə tanışlıq burdakı imkan və potensiyalın geniş olduğunu göstərdi. Burda müxtəlif ölkələrlə və Qafqaz ölkələri o cümlədən, Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə geniş və uğurlu əməkdaşlıq imkanları mövcuddur.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است