Cənubi Qafqazda yaxınlaşma və birlik: Tehran və Bakının müsbət addımları
Allahın adı ilə
Cənubi Qafqazda yaxınlaşma və birlik: Tehran və Bakının müsbət addımları
Cənubi Qafqazdakı dəyişiklik yeni əməkdaşlıqların, birliyin və şərikliyin xəbərçisidir. Azərbaycan Respublikasının Ermənistanla razılaşmağa səy göstərməsi və dərin çaxnaşmalardan uzaqlaşması, Tehranda 3+2 formatında nazirlər səviyyəsində ilk görüşün uğurla keçirilməsi, İran və Azərbaycan prezidentlərinin Daşkənddə sonuncu görüşləri və bir çox uğurlu diplomatik addımların atılması onu göstərir ki, əgər ölkələr verdikləri qərarlarda özlərinin və regionun mənafelərini nəzərə alsalar razılaşa və əməkdaşlıq edə bilərlər.
Ancaq çox uzaqdan olan ölkələr keçmişdən bəri önəmli region və ölkələri nəzarətdə saxlamaq üçün davranışlar sərgiləyir və boş durmurlar. Onlar həmişə özlərini dünyanın bütün mövzularına daxil etmək üçün çalışırlar. Çünki onlar özlərini dünyanın sahibləri hesab edir, buna hüquqlarının olduğuna inanırlar. Dünyanı və ölkələri sahiblərinin və xalqlarının istəyinə və mənafeinə uyğun deyil, öz istək və mənafelərinə uyğun olaraq idarə etməyə çalışırlar. Bunun bariz nümunəsini biz Fələstin hadisələrində İsrailin utanmazcasına etdiklərində görürük. Qərb öz həqiqi mahiyyətini İsraili dəstəkləməklə göstərdi və İslam torpağı olan Fələstində öz planlarını icra edərək hər şeyi göstərdi.
Qafqaza baxdıqda isə hamının mənafeinə uyğun olan həll yollarının mövcudluğunun şahidi oluruq. Azərbaycanın və İranın Naxçıvanı Culfa və Ağbənd vasitəsi ilə ölkənin əsas hissəsinə birləşdirmək üçün razılıqları, əldə olunan təcrübınin aşikar nümunəsidir. Çox təəccüblüdür ki, iki ölkənin istəyinə, mehriban qonşuluğuna və mənafeinə uyğun olan bu hüquqi addım Amerikanın ağız dadına uyğun gəlməyibdir, ona qarşı çıxmışdır və bütün yollardan istifadə edərək bizim regionumuza soxulmaq istəyi yaranmışdır.
İran və Azərbaycan prezidentlərinin Daşkənddəki dostcasına danışıqları bir-birlərinə çoxlu bağlılıqları olan iki ölkə və xalq üçün dostluğu və qonşuluğu dərinləşdirməyə imkan yaradır. Bu iki ölkənin hər bir vətəndaşının gözlətinisi bundan ibarətdir ki, dostluq körpüləri qurulsun və bizimlə düşmənçilik edərək bizi istəməyən şeytanların planları alt-üst olsun.