23 November 2024
2023/10/12 - 15:58
View 51

Fələstin həqiqətlərini dəyişdirmək səyləri

Fələstin həqiqətlərini dəyişdirmək səyləri

Allahın adı ilə

İşğal olunmuş Fələstin torpaqlarında baş verənlər bir neçə aspektdən önəmli və ibrətamiz hesab olunur. Birincisi , İsrail dünya müharibəsindən sonra dünya güclərinin razılaşdırılaraq yaratdığı bir məhsuldur ki, Osmanlı imperiyasından ayrılmış ərazilərin işğalı ilə nəticələndi və Orta Şərqdə müsəlmanların birləşmə nöqtəsində Qərbin nümayəndəsi kimi yaradıldı.

İkincisi, İsrail bütün siyasi, maliyyə və KİV imkanlarından yararlanaraq dünyada belə bir təsəvvür yaradıbdır ki, guya regionun ən güclü dövlətidir və məğlub edilməzdir. Ancaq 2023-cü ilin oktyabr əməliyyatı göstərdi ki İsrailin müsəlmanlar o cümlədən fələstinlilər arasında apardığı qorxu təbliğatı ağır məğlubiyyətə uğradı. Fələstinlilərin çox ağıllı və hesablanmış əməliyyatı bir neçə günün məhsulu deyil bəlkə çoxdan hesablanmış və planlaşdırılmış bir əməliyyat idi. İsrailin bütün imkanlarına baxmayaraq fələstinlilərin belə bir əməliyyat planı hazırlayaraq onu şücaətlə icra etmələri uğur sayılır. Bu əməliyyat nəticəsində İsrailin dünyadakı simasına böyük bir zərbə endirildi. Bu zərbələr böyük güclər tərəfindən deyil kiçik Qəzza bölgəsinin məhdud imkanlara malik insanları vasitəsi ilə İsrailə endirildi.

Üçüncüsü, Fələstində baş verənlərin işıqlandırılmasında böyük bir ədalətsizlik vardır. Qeyd edildiyi kimi İsrail adi bir dövlət deyildir və Qərbin hərtərəfli dəstəyi bu ölkə ilədir. Nəticə olaraq çox böyük imkanlara malik KİV, mətbuat və sosial şəbəkələrdən istifadə edərək həqiqətləri fərqli formada ictimaiyyətə çatdırır. Misal üçün son günlər baş verən hadisələrdə İsrail vəhşicəsinə dinc insanları qətlə yetirir, məscidləri, səhiyyə müəssisələrini bombalayır ancaq dünya mətbuatı və KİV bugün İsraili məzlum və haqlı tərəf kimi göstərir.

Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, nə İsrail nədəki onun himayədarları həqiqət günəşini yalan buludlarının arxasında gizlədə bilməzlər. Bugün bu qəsbkar və qondarma rejim çox çətin vəziyyətlə üzləşibdir və bəşəriyyətin vicdanı bunu tələb edir ki, Fələstin öz dədə-baba torpaqlarına qovuşmalıdır.

 

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است