İsrail-Fələstin böhranı haqqında məqalə
İsrail-Fələstin böhranı haqqında məqalə
Allahın adı ilə
İşğal olunmuş Fələstin torpaqlarında baş verənlərə bir baxış
Son günlər Fələstin məsələsinin yenidən alovlanmasının şahidi oluruq. Bu mövzu sadəcə fələstinli və israillilər arasında olan bir mübahisə deyil, bəlkə bir çox aspekti vardır. Birincisi, bir millətin torpaqlarının qəsb edilməsidir ki, ikinci dünya müharibəsindən sonra Qərbin dəstəyi və yəhudilərin ifratçı senaryoları əsasında dağılmış Osmanlı imperiyası regionunda İslam ölkələrinin tam ortasında yaradılmış qeyri qanuni və qeyri hüquqi bir Yəhudi dövlətidir.
İkincisi, insani bir mövzudur. Belə ki, Qərbin tam dəstəyini alan zalim bir ölkə bölgənin sahibi kimi tanıtdırılır. Bölgənin əsil sahibləri olan Fələstin xalqı isə dünyanın müxtəlif bölgələrində qaçqın formasında yaşayır və yaxud zülmkar Yəhudi rejiminin qarşısında boyun əyməli və heç bir etiraz etmək hüquqları olmadan yaşamalıdırlar.
Üçüncüsü, İsrailin yaradılması çox qarışıq bir olaydır və müsəlmanların ilk qibləsini ələ keçirmişdir. Əlavə olaraq elə bir coğrafi regionda qərarlaşıbdır ki, müsəlmanların Asiya, Avropa və Afrika qitələrinin başlanğıcındakı əlaqələrinə maniəçilik törədir.
Beləliklə İsrail mövzusunun həm siyasi, həm islami və həmdə humanitar aspekti vardır. Bu isə bəşəri vicdan və sivilizasiya dövrü adlandırılan bir zamanda
baş verir.
Digər bir önəmli məsələ isə ondan ibarətdir ki, Siyonist rejim İsrail tənha deyil və Qərb özünü onun himayədarı bilir. Belə ki, keçən gün Amerikanın döyüş texnikalarının Telavivə dəstək məqsədi ilə bölgəyə gətirildiyini eşitdik.
Ancaq bir həqiqəti də diqqətə çatdırmaq lazımdır ki, Qərb İsraili nə qədərdə gücləndirməyə çalışaraq ona dəstək versə və onu yenilməz olaraq göstərsədə, Fələstin güclərinin son günlər ərzində İsrailə başgicəlləndirici zərbələr endirməsi və ona aid təhlükəsizlik qüvvələrinin məsul şəxslərini saxlaması, İsrailin hörümçək yuvası kimi göründüyündən zəif olmasının göstəricisidir. Əksər əhalisinin kənardan gələnlərdən ibarət olduğu və bu hücumlar zamanı onların vahimə içində olduğununda şahidi oluruq.
Dünyada məğlub edilməz rejim kimi təbliğ edilən İsrail insanları üç gün ərzində baş verənlər nəticəsində əllərində çəmədanlar hava limanlarını doldururlar. Əgər Amerika və digər himayədarlar maddi və mənəvi dəstək verməzsə İsraildən qaçış əsas məsələlərdən birinə çevriləcəkdir.
Qərb və digər himayədarlar nə qədərdə bu saxta və qondarma rejimi dəstəkləsələr belə çox da uzaq olmayan gələcəkdə torpaqlar əsil sahiblərinin olacaqdır. İnşallah