23 November 2024
2023/10/06 - 11:21
View 55

İranın qonşuları o cümlədən, Qafqaz regionu ilə əlaqədar xarici siyasəti

İranın qonşuları o cümlədən, Qafqaz regionu ilə əlaqədar xarici siyasəti

Allahın adı ilə

İranın qonşuları o cümlədən, Qafqaz regionu ilə əlaqədar xarici siyasəti 

 

İran İslam Respublikası quruda və suda 15 dən artıq ölkə ilə sərhəddə malik olmaqla dünyanın ən çox qonşuları olan ölkələrdəndir. İslam respublikası Şərqdə Əfqanıstan və Pakistan, Cənubda və Fars körfəzində Ərəb ölkələri, Qərbdə Türkiyə və İraq, Şimalda  Mərkəzi Asiya, Qafqaz və Xəzər dənizi ölkələri ilə müştərək sərhəddə malikdir.

İran İslam Respublikası bütün qonşularla dostluq və əməkdaşlıq quraraq, mənafelərə xidmət edən iqtisadi mühitin yaradılmasına, müzakirələr aparmaqla ehtimal olunan problemlərin həllinə, kənar ölkələrin regiona müdaxiləsinə icazə verməməyə və onları regiondan uzaqlaşdırmağa çalışır və öz istək və mənafelərinə üstünlük verir.

Xəzər dənizi ölkələri ilə beş tərəfli danışıqların aparılması, Əfqanıstanla bağlı danışıqlar, Ərəb və Orta Şərq ölkələri ilə hava çirkliliyi ilə bağlı aparılan müzakirələr, bəzi Ərəb və Fars körfəzi ölkələri ilə problemlərin həlli, Suriya məsələsində Türkiyə və Rusiyanın iştirakə ilə Astana qrupu çərçivəsində uğurlu razılaşmalar  İran İslam Respublikasının regionda sülh və sabitlik yolunda atdığı uğurlu addımlardan hesab edilir.

Qafqaz regionu barədə isə İranın siyasəti sovet hakimiyyəti dağıldıqdan bəri bəllidir və ölkələrin ərazi bütövlüyünün qorunması və təcavüzkarlıqdan uzaq durulmasından ibarətdir. İranın ətrafında Qafqazda

( Tacikistan böhranı, Çeçen, Abxaziya və ...) müharibə oldu və regionu maddi və mənəvi xəsarətlərə qərq etdi, bütün bunlar İran tərəfindən qəbul edilməzdir. İran bugündə bütün bunlara məsuliyyətlə yanaşır və məsələləri toplu əməkdaşlıq ruhiyyəsi ilə izləyir.

Hazırda Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin etdiyi bir vəziyyətdə ədalətli əməkdaşlığın və regionda sülhün və sabitliyin təmin olunmasına şərait yaranmışdır. Bu mövzunun diqqətdə saxlanılması, beynəlxalq sərhədlərin qorunması və region ölkələrinin ərazi bütövlüyünə əməl edilməsi, yeni cəbhələrin yaradılmasının və ölkələrin qütbləşməsinin qarşısının alınması əsas hədəflərdəndir. Bu hədəflərə çatmaq üçün Azərbaycan və Ermənistan Respublikalarının məsul şəxslərinin Tehrana son səfərləri zamanı İranın bunun üçün hazır olduğu məsul şəxsləri tərəfindən diqqətə çatdırıldı. Qarşılıqlı kordinasiyanın davam etdirilməsi nəticəsində yaranmış şəraiti idarə etmək olar və bizim xalqlarımızla düçmənçilik edən və münaqişələr yaradan müdaxiləçi ünsürlərin qarşısını ala bilərik.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است