İran əleyhinə zalimcəsinə başladılan müharibənin ildönümü
İran əleyhinə zalimcəsinə başladılan müharibənin ildönümü
43 il əvvəl belə bir gündə Səddam Hüseynin rəhbərliyi ilə İran əleyhinə zalimcəsinə müharibə başladıldı. Bu müharibə İslam inqılabından təxminən bir il yarım sonra başladı və ölkədə hökümət dəyişikliyi səbəbindən bir çox sahələrdə çətinliklər mövcud idi. Yeni idarəçilik sistemi qurulurdu, Qərbin, ABŞ-ın və İsrailin dəstəyi ilə ölkə daxilində çaxnamaşalar, münaqişələr və teror hadisələri törədən qruplaşmalar fəaliyyət göstərirdi.
Belə bir şəraitdə Səddam Hüseyn Qərbin, bəzi Ərəb ölkələrinin və o zamankı sovet hakimiyyətinin dəstəyi ilə İranın bir neçə şəhərini bombaladı və orduya İranla min kilometrə yaxın sərhəddə təcavüz əmri verdi. İran o günlərdə həqiqətəndə tək idi. Milli ordu rejim dəyişikliyi səbəbində böhran vəziyyətində idi. Digər bir tərəfdən isə dünya zorbaları tərəfindən ciddi iqtisadi sanksiyalara məruz qalmışdı. Səddam isə bir həftə ərzində İranı məğlum edib qalib lider olmağı planlaşdırırdı.
Ancaq səhv hesablamışdı. Ölkə əhalisi o cümmlədən, gənclər ölkəni darda görüb hətta silahsız olaraq vətənin müdafiəsinə qalxaraq düşməni dayandırdılar. Bütün İran bir olaraq ayaqlandı və ölkədəki bütün xalqları öz vətənini qorumaq üçün səfərbər oldular.
Statistikaya əsasən 32-dən artıq ölkə İraqa hərbi porsenel və silah dəstəyi verirdi. Hətta ən müasir silahlar və raketlərlə təmin edildi. Ancaq xalqın iradəsi, birliyi, imanı , dəstəyi və rəhbər imam Xomeyniyə inancı sayəsində düşməni tarixin zibilliyinə tulladı. İran öz torpağının bir qarışını belə düşmənə vermədi. Hətta təcavüzkar Səddam rejiminin bütün işğal planlarını alt-üst etdi.
İran xalqı hər il müharibənin başlandığı günü “ Müqəddən müdafiə həftəsi” kimi qeyd edir, Allah şükür edirlər ki, təcavüzkarların ölkəyə təcavüzünün qarşısını uğurla aldılar. Bugün İranın gücü və ordusu regionda sülhün və təhlükəsizliyin keşiyindədir, zorakılıq edən və zalim güclərin müdaxiləsinin qarşısında dayanıbdır ki, müsəlmanlar və Şərqin insanları bir-biri ilə firavan yaşasınlar, Qərbin hiyləgər oyunları qarşısında öz mədəniyyətlərini, imanlarını və dini əqidələrini müdafiə etsinlər, yeni sivilizasiyaları isə yerlə bir etsinlər.