İranın Qarabağ məsələsindəki açıq mövqeyi
İranın Qarabağ məsələsindəki açıq mövqeyi
Dünyanın bir çöx yerlərində coğrafi baxışla diqqət yetirdikdə təəssüflə qeyd etməliyik ki, bəzi bölgələr vardır ki, tarix boyu ölkələr və yaxud qruplar arasında çaxnaşma mənbəyi olmuşdur və insanların fikirlərini uzun müddət ərzində özünə cəlb etmişdir.
Cənubi Qafqaz regionunda, İran sərhədlərinin yaxınlığında mövcud olan Qarabağ məsələsi iki ölkə - Azərbaycan və Ermənistan Respublikalarından əlavə İranın xarici siyasətini və əhalinin ümumi təfəkkürünü özünə məşğul etmişdir. Təəssüflər olsun ki SSRİ dağıldıqdan sonra və hətta ondan öncə belə bəzi dəyişikliklər baş verdi və bizim qonşularımıza problemlər yaratdı . İranın azərilər yaşayan bölgələri o cümlədən, Araz çayı sahilində yaşayanlar bütün bu acı hadisələrin yaxından şahidi oldu. Bütün bunlar isə böyük dövlətlərin dəstəyi ilə bizim regionda baş verirdi. İran o zaman İraqla səkkiz illik müharibədən yeni çıxmasına, öz torpaqlarını çətinliklə düşmən işğalından azad etməsinə və iqtisadi sanksiyalara baxmayaraq bütün gücü və imkanları ilə öz din və dil qardaşlarının köməyinə gəldi. Əlindən gələni etdi ki, Azərbaycan Respublikası və eləcədə Naxçıvan Muxtar Respublikasının əziz insanları düşdükləri çətin vəziyyətdən çıxsınlar.
Hətta İran hərbi dəstəyini hazırlayaraq işğal olunmuş ərazilərin geri alınmasına dəstəyə hazır olduğunu bildirdi. Ancaq o zamanın siyasətçiləri bu dəstəyi və hazırlığı qəbul etmədi və İran Qarabağ uğrunda neçə şəhid verdi. Hazırda o şəhidlərin məzarları İranın müxtəlif şəhərlərində o cümlədən Tehrada mövcuddur.
Daha sonra imkan çərçivəsində əlavə köməkliklər olundu. Bütün bunlara isə o zamanın insanları canlı şahidlik edirdilər.
Ancaq ikinci Qarabağ müharibəsində İran Ali dini rəhbər həzrət ayətullah Xameneinin 4 bəndlik bəyanatı ilə öz açıq və şəffaf mövqeyini ortaya qoydu. Bu mövqe İslam ölkələri liderləri arasında an açıq mövqe idi. Bu dörd bənd – Azərbaycan Respublikasının işğalda olan bütün ərazilərinin azad edilməsi, bu torpaqlarda yaşayan Ermənilərin hüquqlarının mühafizə olunması, beynəlxalq sərhədlərin qorunması, onlara zərər verilməməsi və regionda teroristlərin yerləşdirilməməsindən ibarət idi.
Bugün zaman keçdikcə qeyd olunan mövqeyin düzgünlüyünün şahidi oluruq. Çünki bu dörd bəndlik mövqe müxtəlif regionlardakı diqqətsizliyin, problemlərin və ortaya çıxan münaqişələrin nəticəsində təcrübə edilmişdir. Ukraina və Suriyadakı şərait bu bəndlərə diqqət etməməyin iki bariz nümunəsidir.
İran İslam Respublikası bu yolla bugündə müxtəlif regionlarda və qonşularda o cümlədən, Cənubi Qafqazda bütün tərəflərin mənafeinə xidmət edən, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşaraq yad qüvvələrin regiondan uzaqlaşmasının tərəfdarıdır. Əlbəttə bütün bunlar region xalqlarınında istəyidir. Biz isə ən az xərclə və birgə fəaliyyətlə bir-birinin yanında sülh şəraitində yaşamaq üçün imkanlar yaratmalıyıq . İnşallah