21 November 2024
2023/08/25 - 19:03
View 66

İranın BRİCS qrupuna üzvlüyü

İranın BRİCS qrupuna üzvlüyü

İranın BRİCS qrupuna üzvlüyü

Regionda və dünyada birgə əməkdaşlıq sahəsində atılan önəmli addım

Braziliyia, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrindən ibarət olan iqtisadi qrup dünyada birgə əməkdaşlıq sahəsində yaradılaraq BRİCS adlandırılıb və dünya iqtisadiyyatına yeniliklər gətirmək, regionda və dünyada fərqlənmək üçün təsis edilmişdir.

Bu ölkələrin başçıları dünən 24.08.2023-cü il tarixdə Cənubi Afqikanın Juhansburq şəhərində bir araya gələrək İranın, Səudiyyə Ərəbistanının, İmaratın, Argentinanın, Misrin və Etiyopiyanın öz qruplarına üzvlüyünü təsdiqlədilər. Bu üzvlüklər qrupun əhəmiyyətini artırır və beynəlxalq dəyərinə əlavə dəyər qatır. Bu isə dünyada gücün tədricən inteqrasiyası deməkdir ki, yeni təşkilat və qurumlar təkmilləşməyə doğru gedir və yavaş-yavaş formalaşırlar.

Bu qrupun əsas özəlliklərindən biri üzvlərin öz aralarında əməkdaşlıq quraraq fikir mübadiləsi aparmaqdır. Bu isə çox böyük imkanlar yaradır və ölkələrin milli valyutalarının istifadəsini genişləndirir.

İran İslam Respublikasının prezidenti cənab Rəisi qrupun iclasında iştirak etməklə yanaşı üzv dövlətlərin başçıları o cümlədən, Cənubi Afrika,Çin Braziliya prezidenti ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə etdi.

Bu qrupun çox böyük iqtisadi əməkdaşlıq prespektivləri vardır və indidən bir çox ölkə üzvlük üçün müraciət etmişdir. Qərb camiəsinin və ABŞ-ın ölkələrə qarşı zalimcəsinə sanksiyalar tətbiq etdiyi bir dövrdə BRİCS, ŞANXAY, AVRASİYA ittifaqı kimi təşkilatlar formalaşır ki, bu da öz növbəsində tədricən Qərbi səhnədən uzaqlaşdıraraq yeni güclərin yaranmasına yol açır. Bəli hazırda dünyamızda yeni təşkilatlanmalar, yeni beynəlxalq qurumlar formalaşmaqdadır, İran isə təmkinli şəkildə onlara nəzarət etməklə lazımi bəhrəni götürür, özünün və şəriklərinin mənafeinə xidmət edir. Bütün bunların nəticəsinə çoxda uzaq olmayan gələcəkdə şahidlik edəcəyik.

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است