İİR Sənət, Mədən və Ticarət nazirliyinin internet ünvanı
İİR Sənət, Mədən və Ticarət nazirliyinin internet ünvanı
İİR Sənət, Mədən və Ticarət nazirliyi öz vəzifələrinin icrası, maliyyə mənbələrinin təmin edilməsi, ehtiyac olan texniki biliklərin əldə olunması, o cümlədən xüsusi imtiyazlarla bu sahəyə xarici investorların cəlb olunması, yeni bazarlara çıxış , ixracatın inkişaf etdirilməsi və mövcud potensiyaldan yararlanmaq məqsədi ilə nazirliyin İngilis dilində yeni saytını təqdim etmişdir: http://en.mimt/gov.ir
Qeyd etmək lazımdır ki, İngilis dilində olan saytda aidiyyatı qanun və qaydalar ( xarici investorların cəlb olunması və dəstəklənməsi, mədənlər haqqında qanun, vergi və əlavə dəyər vergisi haqqında qanun), təşviqlər, siyasətlər, strategiyalar, xarici investorlar üçün fürsətlər, investorların yönləndirilməsi və maarifləndirilməsi, sənaye barədə məlumat və xəritələr, vilayətlərin mədən və sənaye imkanları, xarici investorların fəaliyyəti barədə sual və cavablar yerləşdirilmişdir. Qeyd olunan bütün məlumatlar saytın Fars dilində olan htt://www.mimt.gov.ir bölməsində də mövcuddur.