9 May 2025
2021/12/30 - 15:42
View 95

İslam dünyasının fəxri olan generalın şəhadətinin ikinci ildönümü

İslam dünyasının fəxri olan generalın şəhadətinin ikinci ildönümü

 İslam dünyasının yorulmaq nədir bilməyən mübariz generalı Qasim Süleymaninin Bağdad hava limanında şəhadətə yetirilməsindən iki il keçir. İraq dövlətinin rəsmi dəvəti ilə ölkəni bürüyən böhrana çarə tapmaq və məsləhətləşəmələr aparmaq üçün səfər edən general Bağdadda birbaşa ABŞ-ın ən əxlaqsız və qəddar prezidenti olan Donald Trampın göstərişi ilə Amerikanın işğalçı qüvvələri tərəsindən terror edilərək şəhadətin ən uca zirvəsinə yetişdi. Bu hüquqa və insanlığa zidd əməliyyat nəticəsində general ilə birlikdə İraq müqavimət güclərinin komandiri Əbu Mehdi Əlmühəndis və başqa bir neçə nəfər də
şəhadətə qovuşdu.

Qərb dünyası öz KİV imkanlarından istifadə etməklə çox güclü təbliğat apararaq sevilən və ilahi bir şəxs olan general Süleymaninin nüfuzunu zədələməyə çalışdı. Ancaq bu böyük insanın şəhadəti ABŞ və İsrailin düşmənçiliklərindən xəbər verirdi. General isə böyük şücaət və mübarizəsi ilə düşmənin qarşısında dayandı və onların planlarını alt-üst etdi. O, geneal İŞİD kimi özünü müsəlman adlandıran vəhşi bir terror qruplaşmasının İslam ölkələrində yerləşməsinə və İslam dininə xələl gətirməsinin qarşısında dayandı.

Bəli, general Süleymani Allahına qovuşdu, ancaq onun yolu və ismaricləri coşqun bir dalğa kimi davam edərək müsəlmanların imkanlarını səfərbər edəcəkdir. Onların İslam ölkələrindəki mövcudluğunun və müsəlmanların qarət edilməsinin qarşısını alacaqdır. İnşallah bütün bunlar çox da uzaq olmayan gələcəkdə baş verəcəkdir.   

متن دیدگاه
نظرات کاربران
تاکنون نظری ثبت نشده است