21 November 2024
فارسی
EN
Əsas səhifə
Xəbərlər
Baş konsul
elanlar
Siyasət
İqtisadiyyat
Kosulluq işləri
İran haqqında
Mədəniyyət
Media
News Agency:Xəbərlər
Tehranda keçirilən 3+3 formatındakı görüş
Tehranda keçirilən 3+3 formatındakı görüş
Allahın adı ilə Tehranda keçirilən 3+3 formatındakı görüş Cənubi Qafqaz regionunda diplomatiya və müzakirələrə doğru önəmli addımdır Qafqaz ölkələri və İran, Rusiya və Türkiyə XİN rəhbərləri səviyyəsində keçirilən ilk regional iclas dünən 23 oktyabr 2023-cü il tarixdə Tehranda təşkil olundu. Bu tədbir çərçivəsində regiona dair məsələlərin sakit və diplomatik bir mühitdə fikir mübadiləsi aparıldı, nazirlər siyasi, iqtisadi və komunikasiyala mövzusunda öz dəyərli fikirlərini səsləndirərək hər kəsin mənafeinə xidmət edən müştərək həll yolları barədə fikir mübadiləsi apardılar. Bu görüş elə bir vaxtda və şəraitdə təşkil olundu ki, son zamanlar baş verənlər həm region ölkələrini həmdə onların ətrafında olanların diqqətini özünə cəlb etmişdir. Elə təsəvvür yaranır ki, güya bu mövzularla bağlı danışıqlar heç bir fayda verməyəcəkdir və hansısa bir razılaşmanın əldə olunması mümkünsüzdür və regiondan təhlükə və münaqişə gözləntiləri vardır. İran İslam Respublikası önəmli və təsiredici bir ölkə olaraq, qonşu ölkələrlə dostluq əlaqələri mövcuddur və davamlı olaraq baş verən dəyişiklikləri yaxından izləyir və regiondakı ölkələrin ədalətli formada hüquqlarının qorunmasına təkid edir və diqqət çəkir. Tehran görüşü göstərdi ki, İran qərəzli mətbuatın təbliğatının əksinə olaraq müzakirələr və sülh mərkəzidir, diplomatiyanın tərəfdaqrıdır, ikili standartın və yadların müdaxiləsinin qarşısının alınmasını dəstəkləyir. Tehran görüşündə diqqət çəkən məqamlardan biridə Qafqaz regionunda baş verən problemlərin həllində ölkələrin əməkdaşlığı ilə yerli həll yollarının tapılmasına təkid etməkləri oldu. Bu iclasın əsas şüari “Cənubi Qafqazda sülh, əməkdaşlıq və inkişafın müjdəçisi” –dir. Buna görədə xarici ölkələrin və güclərin regiona aid məsələlərə müdaxiləsinin qarşısının alınmasına dair təşkil olunan görüşdə İran İslam Respublikası və Azərbaycan Respublikası başda olmaqla iştirakçılar tərəfindən təkid edildi. Bu isə öz növbsində regionda yeni əməkdaşlıq prespektivlərinin yaranmasına və regionun gələcəyinə böyük töhvələr verə biləcəkdir.