News Agency:Xəbərlər
?Bütün ölkələr Cənubi Qafqazdakı komunikasiyalardan necə bəhrələnə bilərlər
?Bütün ölkələr Cənubi Qafqazdakı komunikasiyalardan necə bəhrələnə bilərlər
Bütün ölkələr Cənubi Qafqazdakı komunikasiyalardan necə bəhrələnə bilərlər?   Son illər ərzində adından söz etdirməyi və bütün dünya ölkələrinin diqqətini cəlb etməyi bacaran məsələlərdən biri, Cənubi Qafqaz bölgəsinin komunikasiya-avtomobil və dəmir yolları imkanlarından istifadədir. Bu mövzu həmişə diqqətdə olmuşdur və əsasən ikinci Qarabağ müharibəsindən sonra dahada rəğbət qazanaraq aidiyyatı ölkələrin müsbət və mənfi reaksiyaları ilə üzləşdi. Bu barədə müxtəlif versiyalar səsləndirilir. Naxçıvanı Azərbaycan Respublikasının əsas hissəsinə birləşdirəcək dəmir yolu xətti və avtomobil yolu Ermənistan Respublikasından keçəcəkdir və əlavə olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında da müsbət danışıqlar aparılmışdır. Bununla bağlı İranın Yol naziri iki dəfə əraziyə baxış keçirərək çox yaxşı və müsbət razılaşmalar əldə olunmuşdur. Bundan əlavə İran yolunun Naxçıvana ordan isə Azərbaycan Respublikasına və yaxud Ermənistan və Gürcüstan Respublikalarına Sədərək yolundan isə İrəvana birləşdirilməsi Culfa və Şahtaxtı göçrük keçid məntəqələri vasitəsi ilə mümkündür. Bu komunikasiyalar keçmişdədə mövcud olmaqla Naxçıvanı İran Culfasına və hətta Rusiyanı Fars körfəzinə ( Bəndər Abbas Limanı vasitəsi ilə) və Mərkəzi Asiya məntəqəsinə davamında isə Çinə birləşdirirdi. Əgər bugün bu yol yenidən aktivləşərsə bütün ölkələrin o cümlədən , Azərbaycan və İranın xeyrinə olacaqdır. Bu məqamda ilk öncə baş verən dəyişiklikləri düzgün tanımalıyıq. Əgər iqtisad məntiqinə uyğun olaraq yolların açılmasından söhbət gedirsə ki, bu çox çətin proses deyildir və bütün ölkələrin xeyrinədir. Ancaq iş o zaman çətin olacaqdır ki, siyasi və geopolitik hədəfləri bu addımların arxasında qoyaraq, uzun illər qonşuluğun və siyasi razılaşmaların nəticəsi olan sərhədləri dəyişdirmək istəyək. Bu isə öz növbəsində çox təhlükəli və problemli bir addımdır. Təbii bir haldır ki, heç bir ölkə qonşusu ilə əlaqələrin kəsilməsinə , sərhədlərin dəyişdirilməsinə və beynəlxalq aləmə çıxışına maniə olunmasına imkan verməyəcəkdir. Ukraina böhranı kimi acı təcrübələrdən dərs alaraq açıq və şəffaf hədəflərə doğru addımlamalı, Qafqazın bütün ölkələri və onların qonşularının mənafeinə xidmət edəna adımlar atmalıyıq. Daha artığını istəməklə və regiondakı mövcud nizamı bir-birinə qatmaqla lazımsız əlavə xərclər yaratmayaq. Xalqlarımızın rifahı və sülh şəraitində yaşaması məhz müştərək əməkdaşlıqdan asılıdır.
© 2019 - economy@mfa.ir