Konsulluq şöbəsi haqqında

Allahın  adı  ilə

Konsulluq şöbəsi haqqında

Konsulluq əlaqələri bir ölkənin digər bir ölkədə öz vətəndaşlarının mənafeini qorumaq mənasındadır və ən qədim beynəlxalq əlaqə növüdür, hətta onun tarixinin miladdan öncə 13-cü əsr olduğu deyilir.

Bugün mövzuların və ölkə vətəndaşları ilə bağlı məsələlərin qarışıq olduğunu nəzərə alaraq nümayəndəliklər və hətta beynəlxalq təşkilatlarda ölkələrdə konsulluq şöbələrinin fəailiyyətini vacib hesab edirlər. 1963-cü il Viyana Konvensiyası da məhz bu səbəbdən yaradıldı və hazırda onun maddələri icra olunur.

Hər ölkənin konsulluq şöbələrinin vəzifələri Viyana Konvensiyasinın 5-ci maddəsinə əsaslanaraq tənzimlənir və müxtəlif o cümlədən iqtisadi, mədəni, elmi və digər sahələrdə qəbul edən ölkədə fəailiyyət göstərməyə imkan yaradır. Başqa ölkələrdəki Konsulluq şöbələrinin əsas vəzifələri öz ölkəsinin vətəndaşlarının hüquqlarını qorumaq və dövlət orqanları tərəfindən təyin olunan vəzifələrin icra etməkdən ibarətdir. Aşağıda qeyd olunanlar Konsulluq şöbələrinin əsas vəzifələridir :

·Qeydiyyat məsələləri (doğum, evlilik, boşanma, vəfat, vəkalətnamələrin tənzimlənməsi, sənədlərin leqallaşdırılması və .... İran vətəndaşları üçün)

· Pasport məsələləri ( pasportun dəyişdirilməsi, İrana qayıtmaq üçün keçid sənədinin verilməsi . İran vətəndaşları üçün. )  

· İctimai işlər ( fəailiyyət göstərdiyi ölkədə məhkum olunan İran vətəndaşlarının işi ilə maraqlanmaq, tacirlər və biznesmenlər arasında olan problemləri həll etmək və ... )

· Vətəndaşlıq məsələləri ( İran vətəndaşlarının təhsili, İran vətəndaşlığından çıxmaq və ona bənzər məslələr . İran və başqa ölkə vətənşları üçün )

· Təhsil məsələləri ( fəailiyyət göstərdiyi ölkənin təhsil müəssisələrində oxuyan tələbələr və İran İslam Respublikasında təhsil almaq istəyən xarici vətəndaşlar )

· Viza verilməsi və ticarət sənədlərinin təsdiqlənməsi

Həqiqətdə isə Konsulluq şöbəsinin vəzifələri yuxarıda qeyd olunanlardan daha çoxdur. Biz tanıtımın qissa olmasını nəzərə alaraq onları diqqətinizə çatdırmadıq.

İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Konsuııuq şöbəsi bütün imkanlarını səfərbər edərək Naxçıvanda yaşayan İran vətəndaşlarına , eləcədə Azərbaycan ( Naxçıvan ) əhalisinə və digər xarici ölkələrin vətəndaşlarına nümunəvi xidmət göstərməyə çalışır.

 

Ağaye Hüseyn Omidvar Mehrabadi Konsulluq şöbəsinin məsul şəxsidir.

 

Sənəd qəbulu : saat 10:00 - 12:30

Sənədin təhvil verilməsi : saat 16:00-17:30

İstirahət günləri: Şənbə, bazar

Əlaqə telefonları : (0099436) 5450346