Pərdis Texnologiya parkı

“ Pərdis Texnologiya parkı”

 

Giriş.

Pərdis Texnoparkı bölgənin cənnəti adlandırılır. Prezident aparatının birbaşa nəzarəti, nazirliklərdən, idarə və təşkilatlardan , elm və universitetlərdən seçilmiş 14 nəfər nüfuzlu hüquqi və fiziki şəxslərin üzvlüyü və prezidentin birinci müavininin başçılığı ilə Tehran şəhərindən 20 kilometr aralıda şimaq-şərq istiqamətində təhqiqatların iqtisadiyyata çevirilməsi və sənaye ilə universitetlər arasında əməkdaşlığın yaradılması məqsədi ilə 38 hektar ərazidə ( 1000 hektara çatdırılması hədəflənmişdir)  iki bölmədə fəailiyyət göstərir. Birinci bölmə-“Texnologiya Pərdisi “ 20 hektar və ikinci bölmə- “Bilik Pərdisi” 18 hektar ərazini əhatə edir. İranın ən böyük beynəlxalq hava limanı – İmama Xomeyni adına Beynəlxalq hava limanı ilə 85 kilometr məsafədə yerləşir.

Pərdis texnoparkı ölkənin elm, siyasi və iqtisadi mərkəzlərinə ən yaxın texnoparkdır və fiber optik xəttinin şah damarı olan cənub-şimal xətti üzərində yerləşməklə , istehsal və xidmət sahələrindəki təhqiqatların  iqtisadiyyat və ticarətə çevirilməsində və bütün bunların Orta Asiya , MDB və ECO ölkələrində tanıtdırılmasında əhəmiyyətli mövqeyə malikdir. Bu Texnopark digər texnoparklarla müqayisədə daha çox üstünlüklərə malikdir.   

 

Hədəflər , ümumi proqram və layihələr :

   Pərdis texnoparkının əsas yaradılma səbəbləri və prezident aparatı tərəfindən qoyulan öhdəliklər aşağıdaılardan ibarətdir :

-  Ölkədə aparılan təhqiqatların yeni texnologiyalar əsasında ticarət, iqtisadiyyat , istehsal və xidmət sahələrinə dönüşdürülməsi , elm və texnologiya ilə tətbiqi , yeni iş yerlərinin açılması , investisyanın cəlb olunması , ideyaların icrası , daxili istehsal keyfiyyətinin yüksəldilməsi , ixracat potensialının artırılması.

- Texnologiya elminin , daxili və xarici texnologiyaların mübadiləsinin sürətləndirilməsi

- Texnoparkla əlaqəli olan elm və araşdırma mərkəzlərinə ehtiyac olan texnologiya sahələri üzrə araşdırmaların aparılmasına köməklik göstərmək

-  Alim və mütəxəssislərin elmi araşdırmalar aparması məqsədi ilə münasib fəailiyyət sahəsinin yaradılması  

-  Daxili texnologiya şirkətlərinin inkişafı məqsədilə xarixi texnologiya şirkətlərinin bu texnoparkda fəailiyyət göstərməsi üçün münasib mühitin yaradılması

-  Tenologiya İnkişafı Mərkəzlərinin köməkliyi ilə yeni texnologiya şirkətlərinin və iqtisadi maklerlərin yaradılmasına dəstək vermək

-  Texnologiya istehsalçıları, sənaye sahibləri, texnologiya alıcıları ilə investorlar arasında əlaqələrin yaradılması

-  Texnoparka üzv olan şirkətlərə bazarların tapılmasında və ixracatda köməklik olunması

İnvestisiyanın qanuni üstünlükləri :

İran İslam Respublikası dövlətinin və prezident aparatının iranda fəailiyyət göstərən texnoparklara diqqəti nəticəsində və xarici investorların cəlb olunması məqsədi ilə İran İslam Respublikasının 4-cü inkişaf qanununun 47-ci maddəsinə və xarici investorların cəlb olunması haqqında qanuna əsasən bu texnoparkın üstünlükləri aşağıdakılardan ibarətdir :

-  Satış , torpaq və hazır iş yerlərinin icarəsi, təhqiqat və xidmətlərin ticarətə dönüşdürülməsi

-  Xarici və daxili investorların imkan daxilində müştərək əməkdaşlığı və İran dövlətinin qarantisi ilə müştərək sərmayədən əldə olunan mənfəətin xaricə çıxarılması. 

-  Xarici investorların daxili investorlarla eyni hüquqa malik olmaqları

-  Xarici investorların bütün nağd və qeyr nağd sahələrdə o cümlədən maşın-mexanizma, aparaturalar, ehtiyat hissələr , xammal, texnologiya elmi və ixtisaslaşmış xidmətlərdə investisiya yatırmaq imkanlarının olması

- Mülkiyyətin ləğvi və yaxud xarici sərmayənin, xarici mənşəli sərmayənin milliləşdirilməsi zamanı dəyən zərərin qaytarılması imkanı   

- İranlı və xarici invertorlara torpaq və yaxud binaya hüquqi malikiyyət almaq imkanı

- İranlı və xarici hüquqi və fiziki şəxslərin xarici, dövlət şirkət və müəssisələri və beynəlxalq təşkilatları mənşəli investisiya yatırmaq imkanı

- Xaricdə yaşayan iranlıların investisayalarının xarici investisiya kimi qəbul olunması imkanları

- Texnologiya təhqiqatlarının aparılması, müqavilə təkliflərinin hazırlanması , bazarların axtarılması və digər məqsədlərlə xarici şirkətlərin şöbə və nümayəndəliklərinin təsis olunması

-Təhqiqat və investisiya qoyuluşu məsələlərində xarici mütəxəssislərin rəy və təkliflərindən yararlanmaq imkanı

- İnvestisiya zamanı yaranan problemlərin həlli məqsədi ilə ikitərəfli və çoxtərəfli sazişlərlə təsdiqlənmiş beynəlxalq məhkəmələrə müraciət imkanının olması

- Yeni sənaye və iş yerlərinin inkişaf etdirilməsi məqsədi ilə kiçik və orta texnologiya şirkətlərinin dəstəklənməsi

- Beynəlxalq əməkdaşlıqların dəstəklənməsi və dünya təcrübəsindən faydalanaraq şirkətlərin dünya bazarına faydalı inteqrasiyası

- Təhqiqat işlərinin aparılması və inkişafı məqsədi ilə istehsal olunan yeni texnologiyaların dünya bazarına inteqrasiyası və xərclərin azaldılması üçün xüsusi sadələşdirilmiş imkanların yaradılması

- Stratejik əhəmiyyətli tenologiyaların o cümlədən nanotexnologiya, informasiya texnologiyalarının inkişafı məqsədi ilə yeni təhqiqat və araşdırma imkanlarının yaradılması

- Elm və yeni texnologiyaların istehsal və cəlb olunması məqsədi ilə xarici investisiyanın əldə olunması və yerli investisiyanın təmin olunması

-Texnobazar vasitəsi ilə ölkədəki texno yeniliklərin tanıtdırılması məqsədi ilə münasib mühitin yaradılması

-Texnologiyanın səviyyəsinin yüksəldilməsi və universitetlərdən lazımi dəstəyin alınması məqsədi ilə universitetlərlə sənaye arasında davamlı əlaqənin yaradılması

- Texnologiya şirkətlərinin inkişafı və xarici bazara inteqrasiyası məqsədi ilə dövlət orqanları və özəl sektorun bütün imkanlarından səmərəli istifadə

-Elm və təhqiqat mərkəzləri, universitetlər, təşkilatlar , sənaye və istehsal sahələrinin də iştirakı ilə iclas və konfransların təşkil olunması

-Texnobazar vasitəsi ilə ideya sahiblərinin texnologiya və investorlarla tanışılıqlarının və görüşlərinin təşkil olunması

-Bölgənin və dünyanın texnoparkları ilə birbaşa əlaqələrin yaradılması

-Texnoparkda fəailiyyət göstərən şirkətlər arasında elm və araşdırmalara istinad olunan rəqabətin artırılması məqsədi ilə şərayitin yaradılması.

-Yeni yaradılan şirkətlərin inkişafı məqsədi ilə lazımi köməklik və dəstəyin göstərilməsi

-Ölkənin təhqiqat mərkəzləri və texonoliya istehsalı barədə lazımi məlumatların çatdırılması

Texnoparkın vəzifə və öhdəlikləri :

- Texnologiya şirkətlərinin inkişafı məqsədi ilə yüksək səviyyəli xidmətin göstərilməsi və proqramların tənzimlənməsi

-Bütün imkanlardan maksimum istifadə etməklə universitetlər, texnomərkəzlər və sənaye arasında əlaqələrin yaradılması

-İstehsal olunan məhsulun ixracatından və təhqiqatlardan əldə olunan gəlirlərin vergidən azad olunması və əldə olunan gəlirin ( valyutanın) xaricə çıxarılması imkanı

-Xarici şirkətlərdən və xaricə olan ana şirkətə məlumat toplayan və ticarət menegerliyi edən nümayəndəliklərdən gəlir vergisinin alınmaması

-Yerli və xarici investorlar üçün texnologiya elminin, texniki və mühəndislik xidmətlərinin satış imkanı, patenti və sertifikatı

-Xarici sərmayəçilər üçün malikiyyət almaq hüququ

-İcazə veriln bütün sahələrdə ticari emblemdən və addan istifadə etmək imkanı

-Xarici investorlar  və ekspertlər və onların birinci dərəcəli qohumları üçün üç il müddətinə çoxlu giriş və yaşamaq icazəsi və bu icazənin dəfələrlə yenilənməsi imkanı

-Müxtəlif müqavilələrdən əldə olunan valyutaların və texnologiyaların bank şəbəkəsi vasitəsi ilə xaricə və əls istiqamətə sürətli köçürülməsi

-Ölkədə normal rüsumlardan ( tikinti , elektriki vergiləri və s....) yüz faizlik azad olmaq

-Məhsulların, yüklərin, mexanizmanın , xammalın və təhqiqat ləvazimatlarının gömrükdən ən qısa zamanda keçidinin təmin olunması məqsədi ilə xüsusi imtiyazların verilməsi

İnvestisiya qoyuluşu və təhqiqat aparmağın bəzi üstünlükləri :

-İran İslam Respublikasının və bölgənin elm və təhqiqat mərkəzlərinə, universitetlərə,siyasi, iqtisadi və ticarət mərkəzlərinə yaxın ərazidə yerləşməsi

-Elm və təhqiqat mərkəzlərinin, universitet və önəmli sənaye müəssisələrinin 60%-dan çoxunun texnoparkın 300 kilometrlik civarında yerləşməsi. O, cümlədən Tehran,İsfahan, Semnan və Ərak şəhərlərinin böyük elm və sənaye mərkəzləri

-Yerli və beynəlxalq hava limanlarına , dəmir yoluna , metroya yaxınlıq və işçi insan qüvvəsi və mütəxəssis bolluğu

-İslam Konfransı Təşkilatına üzv olan bir milyarddan artıq cəmiyyətləri olan ölkələr və EKO təşkilatına üzv olan və 300 milyon nəfərdən çox cəmiyyəti olan ölkələrlə iqtisadi , təhqiqat və universitet əlaqələrinin mövcudluğu

-Münasib istirahət zonalarının mövcudluğu , şirkət mütəxəssislərinin Texnopark yaxınlığında bütün şərayitlə təmin olunmuş yeni Pərdis şəhərində və Dəmavənd şəhərində yaşamaq imkanının olması

-Turizm obyektlərinə o cümlədən Dəmavənd və Əlborz dağlarına, Dizin və Dərə Beheşt beynəlxalq xizək mərkəzlərinə  yaxın ərazidə yerləşməsi

-Şirkətlərin müasir və standartlara uyğun mühitdə yerləşməsi

-Texnopark  rəhbərliyinin vasitəsilə  beynəlxalq münasibətlərin yaradılması

-Bütün şərayitin mövcudluğu və ölkənin şimal-cənub fiber optik şəbəkəsinə qoşulma imkanı

-Dövlət orqanlarında investisiya məsələlərinin araşdırılması və lazımi qanuni dəstəyin verilməsi

-İnvestisiyanın mümkünlüyü məqsədi ilə investorlara hüquqi dəstək verilməsi

-Texnopark  ərazisində yerləşən və yaxud texnoparkla əlaqəsi olan ixtisas artırma mərkəzlərinin vasitəsi ilə texniki kursların təşkil olunması

-Ölkənin əsas universitetləri o cümlədən Şərif  Sənət universiteti və Tehran Tibb universiteti ilə əməkdaşlıq olunması imkanı

           İnvestisiya üstünlükləri :

-Elektronika sahəsi və səhiyyə avadanlıqları

-İnformasiya və rabitə texnologiyaları

-Mexanika və otomasiyon sahəsi

-Biotexnologiya

-Nanotexnologiya

-Kimya sahəsi

           Texnoparkın geniş infrastruktur imkanları :  

-Özəl və dövlət şirkətləri üçün layihələndirmə, mühəndislik, təhqiqat və inkişaf proqramları . Torpaqlar şirkətlərin ixtiyarına verilir.

-Açıq və qapalı ərazilər

-Texnoparkın idarəçilik mərkəzi

-Texno market

-Yeni yaradılan şirkətlərə dəstək vermək  üçün inqubator texnologiyaları
( İnkişaf mərkəzi )

-İnformasiya mərkəzi ( kitabxana, müşavirə mərkəzi)

-Mərkəzi labaratoriya

-Qabaqcıl texnologiyalar sərgisi

-Konfrans və iclas zalı

-Ofisə ehtiyacı olan şirkətlər üçün binalar

-Texnoparkın elektron kontrol mərkəzi

-Qaz, elektrik, telefon, su və kanalizasiya xətləri üçün lazımi imkanlarla təchiz olunmuz yeraltı kanallar

-Ölkə fiber optik şəbəkəsinə qoşulmuş müstəqil rabitə mərkəzi

-Elektrik şəbəkəsinin əsas səbəkəyə qoşulması və iki mənbədən qidalanması

-RCCP beton asfalt ilə üzlənmiş küçə və prospektlər

-Yaşıllıq ərazilər və istirahət parkları

-Mütəxəssislərin yaşamaqları üçün “Yeni Pərdis” şəhərciyinin yaxınlıqda yerləşməsi 

-Xidmət mərkəzləri- AVM , xəstəxana, təhsil müəssisəsi, idman müəssisələri, otel və mehmanxana, məscid, uşaq baxcası və digər sosiyal xidmətlər

-İdxal və ixracat üçün anbarlar