Maku Azad Ticarət və Sənaye Zonası
Maku Azad Ticarət və Sənaye Zonası Qərbi Azərbaycan Vilayəti ərazisində 500 min hektar ərazini əhatə etməklə Türkiyə Respublikası və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşir və çox böyük iqtisadi və sənaye potensiyalına malikdir. Nəqliyyat, sənaye, ticarət , iqtisad sahəsində geniş imkanları olan bu zaona qonşu ölkələrlə xüsusəndə Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı və faydalı əməkdaşlıq etmək imkanına malikdir. Haliyədə Poldəşt – Şahtaxtı gömrük keçid məntəqəsi Naxçıvanla əlaqələrin inkişafına zəmin yaradır və Poldəşt gömrük komleksinin yenidən qurulmasından sonra bu əlaqələr daha da inkişaf etdiriləcəkdir. İyirmi illik vergidən azad olma, vizasız giriş, heç bir gömrük rüsumu alınmadan sənaye maşınlarının idxalı , xarici investorların 100 faizlik sərmayəsi ilə investisiya qoyuluşu , işçi qüvvəsinin mövcudluğu, sənaye və tikinti sahəsində ucuz və keyfiyyətli materialların əldə olunması, kənd təsərrüfatı, heyvandarlıq, turizm və Bazərganda olan İranın Türkiyə ilə ən böyük gömrük məntəqəsi bu zona ilə əməkdaşlıq imkanlarını daha da artırır. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Maku Azad Ticarət və Sənaye Zonası xarici xüsusəndə Naxçıvanlı investorlar üçün ideal investisiya bölgəsidir.