Araz Azad Ticarət və Sənaye Zonası

Araz Azad Ticarət və Sənaye Zonası

 

Araz Azad Ticarət və Sənaye Zonası Şərqi Azərbaycan Vilayətinin ərazisində və Araz çayının sahilində yerləşir, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə qonşudur. Bu Zona 51000 hektar əraziyə malik olmaqla , Kiş Azad Zonasından sonra ikinci yerdədir. Araz Azad Ticarət və Sənaye Zonası Təbrizlə 137 və Tehranla 761 kilometrlik məsafədədir. Zonanın mərkəzi Culfa şəhərində yerləşir. Culfa şəhəri Tehran airoportlarından sonra iranın ən çox giriş-çıxış olunan sərhəd bölgəsidir.

Zonanın mühüm coğrafi şəraitə malik yük koridoru üzərində yerləşməsi, investisayanın asanlaşdırılması, istehsal olunan məhsulların ixracatı, uzun müddətli vergidən azad olma, sənaye maşınlarının və xam malın idxalında gömrük rüsumlarının alınmaması, dəmir yolu və avtomobil yolu üzərində qərarlaşması daxili və xarici investorların bu zonaya axınının əsas səbəblərindəndir. Haliyədə sənaye, xidmət, anbarçılıq, kənd təsərrüfatı, ticarət , avtomobil servis xidmətləri sahələrində 310 şirkət bu Zonada fəailiyyət göstərir. Haliyyədə Araz Azad Ticarət və Sənaye Zonasında 96 bina sənaye sahəsində sahibkarların ixtiyarındadır və müxtəlif sahələrdə 215 bina isə əlavə olaraq tikilməkdədir.

Haliyyədə Araz Azad ticarət və Sənaye Zonasında 22 xarici şirkət fəailiyyət göstərir və 100-dən artıq müxtəlif xarici ölkə ( Türkiyə, Cənubi Korea,Hindistan, Çin və Qazaxstan ) vətəndaşları işlə təmin olunublar.

Həmçinin Azad Zonada müxtəlif imkanlar o cümlədən dəmir yolu, elektrik şəbəkəsi, suvarma və içməli su sistemləri, təbii qaz şəbəkəsi, rabitə sistemləri, yüksək sürətli fiber optik internet, simsiz internet, bank şöbələri, sığorta nümayəndəlikləri, gömrük anbarları, terminallar, Parsabad və Təbriz aeroportları, dövlət idarələrinin şöbə və nümayəndəlikləri, otellər, mehmanxanalar və restoranlar mövcuddur.

Araz Azad Ticarət və Sənaye Zonasında 22590 hektar əkinə yararlı torpaq sahələri mövcuddur. Onun 190 hektarında istixanalar fəailiyyət göstərir . Geri qalan 22400 hektarı isə müxtəlif meyvə bağları və əkin sahələridir. Bu bağlar və əkin sahələri dövlətin və özəl bölmənin investisiyası ilə ərsəyə gəlmişdir. Əlavə olaraq İranın ən böyük istixana şəhərciyi Azad Zonasında 140 hektar ərazidə tikilməkdədir. Bunun da 52 hektarı İranlı, Hollandiyalı və Türkiyəli investorların ixtiyarına verilibdir.

Əlavə olaraq illik gücü 148 min ton benzin,ağ neft, solyarka və mazıt istehsalı olan neft ayırma zavodu da 50 milyon dollar sərmayə ilə bu Zonada tikilib istifadəyə verilmişdir. Həmçinin 500 meqavat gücündə bir ədəd elektrik stansiyası da xarici investorların sərmayəsi ilə tikilməkdədir.

Azad Zonanın digər üstünlüklərindən biri də ali təhsilə olan xüsusi diqqət və qayğıdır. Hazırda iranın 6 böyük ali təhsil müəssisəsinin nümayəndəlik və şöbələri ( Pərdis) bu zonada fəailiyyət göstərir. Tehran,Təbriz, Təbriz Tibb Elmləri, Azad və Pəyame Nur universitetlərinin nümayəndəlikləri müxtəlif sahələrdə tələbə qəbulu və tədrisi ilə məşğuldurlar. Haliyyədə 4000 nəfər tələbə ali təhsilin müxtəlif pillələrində təhsillərini bu zonada davam etdirirlər.

İran İslam Respublikasına qarşı olan bütün iqtisadi sanksiyalar baxmayaraq Araz Azad Ticarət və Sənaye Zonası gözə çarpacaq dərəcədə inkişaf etmiş , iqtisadi nailiyyətlər əldə olunmuşdur. 

http://www.arasfz.ir/turkish