Allahın adı ilə
İqtisadiyyat şöbəsi ilə tanışlıq
İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun İqtisadiyyat şöbəsi , İran İslam Respublikası o cümlədən ölkənin yaxın vilayətlər və Azad zonaları ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi və ticari əlaqələrin sadələşdirilərək inkişaf etdirilməsini icra edir. Baş Konsulluq bu sahədə İran İslam Respublikasının sahibkarlarını və iqtisadiyyat sahəsində fəailiyyət göstərən dövlət qurumlarını bir-birləri ilə əlaqələndirir, fəailiyyət göstərdiyi ölkənin iqtisadiyyat qurumları və iş adamları ilə yaxınlaşdırmaq məqsədi ilə müxtəlif işlər görür.
İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun iqtisadiyyat şöbəsi , Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialını, istehsal və ixracat imkanlarını, iqtisadi və biznes qurumlarını İranın aidiyyatı iqtisadi qurumlarına və eyni qaydada İran İslam Respublikasının İqtisadi imkanlarının, istehsal və ixracat imkanlarını və tərəflər arasındakı əməkdaşlıq istiqamətlərini Naxçıvan Muxtar Respublikasında tanıtdırır və iqtisadi əlaqələrin möhkəmlənməsinə səy göstərir.
Vice- konsul ağaye İlyas TƏLƏTİ ŞİRİ bu şöbənin məsul şəxsidir.
Telefon : (0099436) 5450343- 5450344
Fax : (0099436) 5456705
Elektron poçt ünvanı : E.talati@mfa.gov.ir