Əlaqələrin Xronologiyası

Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrinin xronologiyası:

  • 04.12.1991-ci il tarixdə İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi Əkbər Pəhrizkari Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində vali Naxçıvan MR Ali Məclisinin Sədri Ümummilli lider Heydər Əliyevlə görüşmüşdür.
  • 01.02.1992-ci il tarixdə İran İslam Respublikasının "Bonyade Möstezfan Enqelabi və Canbazane Enqelabe Eslami" şirkətinin nümayəndələri Naxçıvana səfər etmişlər. Səfər çərçivəsində nümayəndələr Naxçıvan MR Ali Məclisi  Sədrinin qəbulunda olmuşlar.
  • 02.02.1992-ci il tarixdə İran İslam Respublikasının Ağır Sənaye Nazirliyinin Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri üzrə əlaqələndiricisi Həsən Qəhhari, Şərqi Azərbaycan Ağır Sənaye Baş İdarəsinin baş direktor müavini Hacı Zeynalabdun İmanlı və digər nümayəndələr Naxçıvana səfər etmişlər. Səfər çərçivəsində nümayəndələr Naxçıvan MR Ali Məclisinin Sədrinin qəbulunda olmuşlar.
  • 13.05.1992-ci il tarixdə İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini Mahmud Vaizi Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində nazir müavini Naxçıvan MR Ali Məclisinin Sədri ilə görüşmüşdür.
  • 22-26 avqust 1992-ci il tarixlərdə İran İslam Respublikasının Xarici İşlər naziri Əli Əkbər Vilayətinin dəvəti ilə Naxçıvan MR Ali Məclisinin Sədri Ümummilli lider Heydər Əliyev İran İslam Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Ali Məclisinin Sədri İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani, İran İslam Respublikasının Ali Dini rəhbəri Ayətullah Xamneyi, İran İslam Respublikasının parlamenti - İslam Şurası Məclisinin Sədri və İran İslam Respublikasının Kooperasiya, Energetika, Rabitə, Neft-Qaz nazirləri ilə görüşmüşdür. Müzakirələrdən sonra, 24.08.1992-ci il tarixdə "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında" protokol imzalanmışdır.
  • 20.11.1992-ci il tarixdə İran İslam Respublikasının Kooperasiya naziri, iqtisadi, ticari və mədəni əlaqələr üzrə İran-Azərbaycan birgə komissiyasının iranlı həmsədri Qulamrza Şafeyinin rəhbərliyi ilə nümayəndə heyəti Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR Ali Məclisinin Sədri ilə görüşmüşdür.
  • 03.12.1992-ci il tarixdə Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsi açılmışdır. Açılış mərasimində Naxçıvan MR Ali Məclisinin Sədri Ümummilli lider H.Əliyev və İran İslam Rerspublikasının Kooperasiya naziri Q.Şafeyi iştirak etmişlər.
  • 08.03.1993-cü il tarixdə İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu fəaliyyətə başlamışdır. İran İslam Rerspublikasının Naxçıvandakı ilk baş konsulu Məhəmməd Sadeq Turi olmuşdur.
  • 16.03.1993-cü il tarixdə İran İslam Respublikasının Xarici İşlər Nazirinin dəvəti ilə Naxçıvan MR Ali Məclisinin Sədri ikinci dəfə İrana səfər etmişdir. Səfər çərçivəsində Ali Məclisin Sədri İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani ilə görüşmüşdür.
  • 17-18.03.1993-cü il tarixlərdə Naxçıvan MR Ali Məclisinin Sədri Təbriz şəhərinə səfər etmiş, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi Əli Əbdüləlizadə ilə görüşmüşdür. 18.03.1993-cü il tarixdə tərəflər arasında iqtisadi və mədəni əməkdaşlığa dair protokol imzalanmışdır.
  • 22.04.1993-cü il tarixdə Naxçıvan şəhərində Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfransda iranlı alim və ziyalılar iştirak etmişdir.
  • 12.05.1993-cü il tarixdə Naxçıvan MR Ali Məclisinin Sədri də İran İslam Respublikasının Urmiya şəhərinə səfər etmişdir. Səfər çərçivəsində Ali Məclisin Sədri İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadətlə görüşmüşdür. Səfər zamanı tərərflər arasında humanitar və mədəni əməkdaşlığa dair protokol imzalanmışdır.
  • 08.06.1996-cı il tarixdə Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının Xarici İşlər nazirinin dəvəti ilə İran İslam Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Ali Məclisin Sədri Xarici İşlər naziri Ə.Vilayəti, İran İslam Respublikasının vitse-prezidenti Həbibi ilə görüşmüşdür. Səfər zamanı İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında iki tərəfli əməkdaşlığın genişləndirilməsinə dair niyyət protokolu imzalanmışdır.
  • 11-15 fevral 1997-ci il tarixlərdə Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Ali Məclisin Sədri İran İslam Respublikasının Prezidenti H.Rəfsəncani, Parlamentinin sədri N.Nuri, Xarici İşlər naziri Ə.Vilayəti, Neft və Qaz naziri Ağazadə, Kooperasiya naziri Q.Şafeyi ilə görüşlər keçirmişdir. Səfər çərçivəsində, 11.02.1997-ci il tarixdə tərəflər arasında əməkdaşlıq protokolu imzalanmışdır.
  • 20-21 noyabr 1997-ci il tarixlərdə İran İslam Respublikasının Kooperasiya naziri, iqtisadi, ticarət və mədəni əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyanın həmsədri Morteza Hacinin rəhbərliyi ilə nümayəndə heyəti 16-20 noyabr tarixlərində Bakı şəhərinə rəsmi səfərdən sonra Naxçıvana gəlmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR Ali Məclisinin Sədri ilə görüşmüşdür. Səfər zamanı, 21.11.1997-ci il tarixdə tərəflər arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlığın genişlənməsi haqda Memorandum" imzalanmışdır.
  • 1997-1999-cu illərdə Naxçıvan MR Ali Məclisinin Sədri İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinə iki dəfə səfər etmişdir. İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi isə bu dövr ərzində bir dəfə Naxçıvanda səfərdə olmuşdur.
  • 28.05.2000-ci il tarixdə İran İslam Respublikasının "Səhəndab Azərbaycan" konsorsiumunun nümayəndə heyəti Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR Ali Məclisi Sədrinin qəbulunda olmuşlar. Görüşdə konsorsiumla Naxçıvan MR Nazirlər Kabineti arasında Culfa-Naxçıvan şose yolunun bərpasına dair müqavilə imzalanmışdır.
  • 17-18 iyul 2001-ci il tarixlərdə İran İslam Respublikasının "Konservləşdirmə Sənayesi Birliyi"nin prezidenti İrəc İtayeşi və "Oğab" ərzaq məhsulları istehsalı kompaniyasının prezidenti Ceyid Mənsur Nasiri Naxçıvana səfər etmişlər. Səfər çərçivəsində nümayəndlər Naxçıvan MR Ali Məclisinin Sədrinin qəbulunda olmuşlar.
  • 07.01.2002-ci il tarixdə İran İslam Respublikası Prezidentinin MDB və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirinin müavini Mehdi Səfəri Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində nazir müavini Naxçıvan MR Ali Məclisi Sədri ilə görüşmüşdür.
  • 26-27 fevral 2002-ci il tarixlərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əhəd Qəzai Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində səfir Naxçıvan MR Ali Məclisinin Sədri ilə görüşmüşdür.
  • 09.03.2002-ci il tarixdə İran İslam Respublikasının parlamentinin deputatı, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əliəsgər Şerdust və qrupun digər üzvləri Naxçıvana səfər etmişlər. Səfər çərçivəsində nümayəndələr Naxçıvan MR Ali Məclisinin Sədri ilə görüşmüşlər.
  • 06.08.2002-ci il tarixdə İran-Azərbaycan hökümətlərarası birgə iqtisadi komissiyasının iranlı həmsədri Əli Sufinin başçılığı ilə nümayəndə heyəti Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR Ali Məclisinin Sədri ilə görüşmüşlər.
  • 21.10.2002-ci il tarixdə İran İslam Respublikası Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədəli Sübhanollahinin dəvəti ilə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov Şərqi Azərbaycan vilayətinə səfər etmişdir. Səfərin sonunda tərəflər arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Protokol" imzalamışdır.
  • 10.03.2003-cü il tarixdə İran İslam Respublikasının Energetika nazirinin müavini, "Təvanir" şirkətinin rəisi Höccət Məsudun başçılığı ilə İran İslam Respublikasının Şərqi Azərbaycan elektrik şəbəkəsinin baş direktoru Fəttah Qarabaği, "Təvanir" şirkətinin direktor müavini Möhsünikəbir İsmayıl və "Şanir" şirkətinin rəis müavini Məhəmmədrza Məliki Naxçıvana səfər etmişlər. Səfər çərçivəsində nümayəndələr Naxçıvan MR Ali Məclisinin Sədri ilə görüşmüşlər.
  • 20.12.2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider Heydər Əliyevin vəfatı ilə əlaqədar olaraq Naxçıvan MR Ali Məclisi Sədrinə baş sağlığı vermək üçün İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətlərinin valilərinin müavinləri Hacı Ələkbər Yasini və Abbas Xurşudi Naxçıvana səfər etmişlər.
  • 29.12.2003-cü il tarixdə Naxçıvan MR Ali Məclisinin Sədri V.Talıbov İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gələrək 26.12.2003-cü il tarixdə İran İslam Respublikasının Kerman vilayətində baş vermiş zəlzələ ilə bağlı başsağlığı vermişdir.
  • 09.03.2004-cü il tarixdə İran İslam Respublikasının Culfa şəhərində yük və sərnişin terminalı istifadəyə verilməsi münasibəti ilə keçirilmiş mərasimdə Naxçıvan MR Ali Məclisinin Sədri iştirak etmişdir. Səfər çərçivəsində Ali Məclisin Sədri İran İslam Respublikasının Nəqliyyat naziri Əhməd Xürrəm və İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Sobhanallahi ilə görüşlər keçirmişdir.
  • 29.04.2004-cü il tarixdə İran İslam Respublikasının Urmiya və Xoy şəkər çuğunduru emalı fabriklərinin sahibi Həsən Zəncani, Urmiya şəkər fabrikinin müdiri Əlibed Bokru və Xoy şəkər fabrikinin müdiri Məhəmməd Cəfəri Naxçıvana səfər etmişlər. Səfər çərçivəsində nümayəndələr Naxçıvan MR Ali Məclisinin Sədrinin qəbulunda olmuşlar.
  • 18.05.2004-cü il tarixdə İran İslam Respublikasının "Chancho" balıqçılıq şirkətinin müdiri Nasir Meşqin Azəriyan və İran İslam Respublikasının dövlət balıqçılıq şirkətinin müdiri Məhəmməd Şirvəlilu Naxçıvana səfər etmişlər. Nümayəndələr Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən qəbul olunmuşlar.
  • 03.06.2004-cü il tarixdə İran İslam Respublikasının Xəzər dənizində neft və qaz məhsulları üzrə yanacaq nazirinin müavini Həmdulla Məhəmmədinejatın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR Ali Məclisi Sədrinin qəbulunda olmuşlar.
  • 03-04 dekabr 2004-cü il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Cəmşid Ənsari Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan ostandarlıq arasında əməkdaşlığa dair protokol imzalanmışdır. 04.12.2004-də valinin iştirakı ilə Şahtaxtı-Poldəşt avtomobil yolu körpüsünün təməlatma mərasimi keçirilmişdir.
  • 20.04.2005-ci il tarixdə Culfa-Ordubad magistral yolunun asfalt-beton örtüyünün yenidən bərpasına dair müqavilə imzalamaq üçün İran İslam Respublikasının "Səhəndab Azərbayacan" konsorsiumunun nümayəndə heyəti Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR Ali Məclisi Sədrinin qəbulunda olmuşdur. Görüşdə Naxçıvan MR Nazirlər Kabineti ilə İran şirkəti arasında asfalt-beton örtüyü ilə döşənməsi nəzərdə tutulan 36,8 km magistral yolun bərpa işləri bağlı müqavilə imzalanmışdır.
  • 20.12.2005-ci il tarixdə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər zamanı İran Prezidenti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür.Səfər müddəti Prezidentlər arasında "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında energetika sahəsində əməkdaşlıq haqqında memorandum" və Xarici İşlər nazirləri arasında "Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökumati arasında inkişaf yardımından istifadəyə dair icra memorandumu" imzalanmışdır. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisinə İran ərazisi ilə təbii qazın verilməsi münasibəti ilə təntənəli mərasim keçirilmişdir. Mərasimdə Prezidentlər iştirak etmişlər.
  • 22-23 fevral 2006-cı il tarixlərdə İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin "Uşaq və Yeniyetmələr Fikir Birliyi"nin Naxçıvan şəhərində sərgisi keçirilmişdir. Sərgidə nümayiş etdirilmiş eksponatlar, iranlı uşaqların düzəltdikləri fiqur və oyuncaqlardan, təbiət və İranın qədim tarixi adət-ənənələrini və peşə növlərini əks etdirən fotoşəkil və rəsmlərdən ibarət olmuşdur.
  • 09-16 iyul 2006-cı il tarixlərdə İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş "V Beynəlxalq Ticarət Sərgisində" Naxçıvan Muxtar Respublikasından da sahibkarlar iştirak etmişlər.
  • 15.07.2006-cı il tarixdə Qərbi Azərbaycan Vilayətinin valisi Rəhim Qurbaninin dəvəti ilə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasına 2 günlük səfər etmişdir. Səfər çərçivəsində, 15.07.2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Qərbi Azərbaycan Valisi "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında iqtisadi və mədəni əməkdaşlığa dair anlaşma Memorandumu"nu imzalamışlar.
  • 16-19 sentyabr 2006-cı il tarixlərdə İran İslam Respublikasının Tehran və Təbriz şəhərlərində Məhəmmədhüseyn Şəhriyarın 100 illik yubileyi münasibəti ilə keçirilən konqresdə Naxçıvan MR mədəniyyət və turizm naziri S.İbrahimovun başçılığı ilə Naxçıvanın elm və incəsənət xadimlərinin təmsil olunduğu nümayəndə heyəti iştirak etmişdir.
  • 20-21 noyabr 2006-cı il tarixlərdə Naxçıvan şəhərində "Naxçıvan Muxtar Respublikasında Turizm: inkişaf və perspektivlər" mövzusunda keçirlən beynəlxalq turizm konfransında İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan Vilayətlərinin Mədəniyyət və Turizm İdarələrinin baş direktorlarının da təmsil olunduğu 15 nəfərlik nümayəndə heyəti iştirak etmişdir.
  • 22-23 noyabr 2006-cı il tarixlərdə İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş "Razəvi Azəri" beynəlxalq dini şeir konqresində Naxçıvan Muxtar Respublikasından 2 nəfər şair iştirak etmişdir.
  • 25-26 noyabr 2006-cı il tarixlərdə İran İslam Respublikasının Urmiya şəhərində "Qərbi Azərbaycan Vilayətinin Baytarlıq Potensialı və Quş Qripi xəstəliyinə qarşı mübarizə" mövzusunda keçirilmiş elmi konfransda Naxçıvan Muxtar Respublikasından nümayəndə heyəti iştirak etmişdir.
  • 18 yanvar 2007-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İranla sərhəd ərazisində Culfa Gömrük İdarəsinin inzibati binasının və sərhədyanı bazarla birlikdə ümumi kompleksin açılış mərasimi olmuşdur. Açılış mərəsimində İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin valisi Məhəmmədkazım Memarzadənin başcılığı ilə geniş tərkibli nümayəndə heyəti iştirak etmişdir. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan şəhərinə gələrək, Naxçıvan MR Ali Məclsinin Sədri ilə də görüşmüşdür.
  • 13 fevral 2007-ci il tarixdə, İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Qaçaqmalçılıqla Mübarizə və Sərhədyanı İşlər üzrə İdarəsinin baş direktoru Rəhim Nui Əqdəmin başçılıq etdiyi heyət Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.
  • 24-27 fevral 2007-ci il tarixlərdə İran İslam Respublikasının Urmiya şəhərində sərbəst cüdo üzrə beynəlxalq yoldaşlıq turnirində Naxçıvan Muxtar Respublikasının böyüklərdən ibarət cüdo komandası iştirak etmişdir.
  • 28 fevral-03 mart 2007-ci il tarixlərdə İran İslam Respublikasının Urmiya şəhərində güləş üzrə beynəlxalq yoldaşlıq turnirində Naxçıvan Muxtar Respublikasının böyüklərdən ibarət güləş komandası iştirak etmişdir.
  • 26-28 aprel 2007-ci il tarixlərdə, Təbriz şəhər Bələdiyyəsinin dəvətinə əsasən Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosasiyası sədrinin başçılığı ilə bələdiyyə nümayəndələrindən ibarət nümayəndə heyəti İranda təsis edilmə tarixinə görə ilk bələdiyyə hesab edilən Təbriz şəhər Bələdiyyəsinin yüzillik yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmişdir.
  • 30 aprel 2007-ci il tarixdə İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğuna yeni təyin olunmuş baş konsul Seyid Məhəmməd Təbatəbayi Naxçıvan Muxtar Respublikasına gəlmiş və xidməti fəaliyyətinə başlamışdır. 01 may 2007-ci il tarixdə İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmişdir.
  • 30 aprel 2007-ci il tarixdə İran İslam Respublikasının Yeni Texnologiyalar Tədqiqat Mərkəzinin rəisi xanım Nəsrin Müəzziminin başçılığı ilə nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər naziri ilə görüş keçirmişdir.
  • 03.05.2007-ci il tarixdə İran İslam Respublikası Tikinti Fondunun rəis müavini Hadi Dirəfşi başçılıq etdiyi nümayəndı heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.
  • 24-25 may 2007-ci il  tarixlərdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisinin müavini Nağı İbrahiminin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında  səfərdə olmuşdur. Səfərin məqsədi İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin valisinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrini Şərqi Azərbaycan Vilayətinə dəvət məktubunun Ali Məclisin Sədrinə təqdim edilməsi olmuşdur.
  • 31 may - 05 iyun 2007-ci il tarixlərdə, İran İslam Respublikasının Tehran şəhərində Ayətullah Xomeyninin vəfatı ilə bağlı keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının bir neçə incəsənət nümayəndələri iştirak etmişlər.
  • 08 iyun 2007-ci il tarixdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin hava limanlarının baş direktoru Mehdi Həmidəmpurun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan Beynəlxalq Hava Limanının direktoru ilə görüşmüşdür.
  • 13-14 iyun 2007-ci il tarixlərdə, İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğundan daxil olmuş dəvət əsasında İran İslam Respublikasının Urmiya Universitetinin Azərbaycanşünaslıq Tədqiqat və Mütaliə Mərkəzi tərəfindən keçirilmiş İran İslam Respublikasının Urmiyə şəhərində Füzulişünaslıq mövzusunda elmi konfransda Naxçıvan Muxtar Respublikasından elm işçilərindən ibarət nümayəndə heyəti iştirak etmişdir.
  • 20-24 iyun 2007-ci il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Çaypara şəhərinin güləş komandası Naxçıvan Muxtar Respublikasına səfər edərək, Naxçıvanda güləş üzrə yoldaşlıq görüşü keçirmişlər.
  • 07-08 iyul 2007-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Şərqi Azərbaycan Valisinin dəvəti ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinə işgüzar səfər etmişdir. Səfər çərçivəsində, 08.07.2007-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov və Şərqi Azərbaycan Valisi Məhəmmədkazım Memarzadə "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında iqtisadi və mədəni əməkdaşlığa dair anlaşma Memorandumu"nu imzalamışlar. 
  • 25-26 iyul 2007-ci il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Meteorologiya İdarəsinin baş direktoru Fərrux Mətləbifərin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər zamanı nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər naziri və Nazirliyinin Hidrometeorologiya İdarəsinin rəisi ilə görüşmüşdür.
  • 26 iyul 2007-ci il tarixdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin müşaviri və İran İslam Respublikasının "İrəm Hava Yolları" şirkətinin baş direktoru M.A.Şəfiinin Naxçıvan Muxtar Respublikasına səfər etmişlər. Səfər zamanı nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini ilə görüşmüşlər.
  • 07.08.2007-ci il tarixdə İran İslam Respublikasının Təbriz Elmi Tibb Universitetinin rektoru Əhmədi Xəlilinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər müddəti nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri ilə görüş keçirmişdir.
  • 31 iyul-01avqust 2007-ci il tarixlərdə, İran İslam Respublikasının Təbriz şəhərində Araz çayının hər iki tərəfində birgə sahilbərkitmə işlərinin müzakirəsi ilə əlaqədar İran İslam Respublikasının nümayəndə heyəti ilə Azərbaycan Respublikasının nümayəndə heyəti arasında görüş keçirilmişdir. Bu müzakirələrdə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasından Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktorunun başçılığı ilə beş nəfərlik nümayəndə heyəti İran İslam Respublikasına yollanmışdır.
  • 20.08.2007-ci il tarixdə İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Mehdi Səfəri Naxçıvana gəlmişdir. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavinini qəbul etmişdir. 
  • 31 avqust 2007-ci il tarixdə, İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində keçirilmiş gənc rəssamların 14-cü canlandırma incəsənət festivalında Naxçıvan Muxtar Respublikasından 5 nəfər gənc rəssam iştirak etmişdir.
  • 11-12 sentyabr 2007-ci il tarixlərdə İran İslam Respublikası Qərbi Azərbaycan Valisinin müavini Cəmşid Məhəmmədzadənin başçılığı ilə nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR Ali Məclisinin Sədri, Baş Nazirin maüavini və Kənd Təsərrüfatı naziri və İqtisadi İnkişaf naziri ilə görüş keçirmişdir.
  • 17.10.2007-ci il tarixdə Azərbaycanla İran arasında olan Şahtaxtı-Poldəşt yeni avtomobil yolu körpüsünün açılış mərasimi olmuşdur. Məntəqənin açılış lentini Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikası tərəfindən isə İran İslam Respublikasının birinci vitse-prezidenti Pərviz Davudi kəsmişdir.
  • 14-15 oktyabr 2007-ci il tarixlərdə İran İslam Respublikası Təbriz Tibb Universitetinin dəvəti ilə Naxçıvan Muxtar Respublikasından səhiyyə işçilərindən ibarət 5 nəfərlik nümayəndə heyəti İran İslam Respublikasına səfər etmişlər.
  • 07-11 noyabr 2007-ci il tarixlərdə İran İslam Respublikasının Urmiya şəhərində sərbəst güləş üzrə beynəlxalq yoldaşlıq turnirində Naxçıvan Muxtar Respublikasının böyüklərdən ibarət sərbəst güləş komandası iştirak etmişdir.
  • 08 noyabr 2007-ci il tarixdə İran İslam Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanmış "Bakı-Naxçıvan-Bakı" müntəzəm avtobus marşrutunun açılması haqqında anlaşma Memorandumuna əsasən Naxçıvan Muxtar Respublikasından ilk sərnişin avtobusu İran ərazisindən keçməklə Bakıya yola düşmüşdür.
  • 11-12 noyabr 2007-ci il tarixlərdə İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş "Razəvi Azəri" beynəlxalq dini şeir konqresində Naxçıvan Muxtar Respublikasından 4 nəfər şair iştirak etmişdir.
  • 15.11.2007-ci il tarixdə İran İslam Respublikası Yol və Daşımalar Nazirliyinin Tranzit və Sərhədyanı Terminallar üzrə İdarəsinin rəisi M.C.Ətirçiyanın rəhbərliyi ilə 30 nəfərlik nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına bir günlük səfər etmişdir.Səfər müddəti nümayəndə heyəti (heyətin bir neçə əsas üzvü) Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə görüşmüşdür.
  • 16.11.2007-ci il tarixdə İran İslam Respublikasının Tehran Universitetinin rektoru Abbasəli Əmid Zəncani və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Tehran Universitetinin rektoru bir günlük səfəri müddətində Naxçıvan MR Ali Məclisi Sədrinin birinci müavininin qəbulunda olmuş, Naxçıvan Dövlət Universitetinin rektoru və AMEA Naxçıvan Bölməsinin sədri ilə görüşmüşdür.
  • 25-26 dekabr 2007-ci il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Hidromteorologiya Baş İdarəsinin dəvəti ilə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsinin rəisinin başçılığı ilə üç nəfərdən ibarət nümayəndə heyəti İran İslam Respublikasının Urmiya şəhərinə səfər etmişdir.
  • 23-27 yanvar 2008-ci il tarixlərdə İran İslam Respublikasının Urmiya şəhərində İran İslam İnqilabı günü münasibəti ilə keçirilmiş karate üzrə beynəlxalq yoldaşlıq turnirində Naxçıvan Muxtar Respublikasının karate komandası iştirak etmişdir.
  • 30-31 yanvar 2008-ci il tarixlərdə İran İslam Respublikasının Ərdəbil Vilayəti Valisinin müavini Məcid Qədirinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən qəbul edilmişdir.
  • 02.02.2008-ci il tarixdə İran İslam Respublikası Xarici İşlər nazirinin müavini Mehdi Səfəri Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində o, Naxçıvan MR Ali Məclisinin Sədri ilə görüşmüşdür.
  • 05.02.2008-ci il tarixdə İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin gömrük məsələləri üzrə baş direktoru və İran İslam Respublikası Culfa Gömrük idarəsinin rəisi Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri ilə görüşmüşlər.
  • 09-11 mart 2008-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin müavini və Kənd Təsərrüfatı Nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətində səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Qərbi Azərbaycan vilayətinin valisi ilə görüş keçirmişdir.
  • 01-04 mart 2008-ci il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Çaypara şəhərinin gənclərdən ibarət şahmat komandası şahmat üzrə ikitərəfli yoldaşlıq yarışı keçirmək üçün Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.
  • 14-15 aprel 2008-ci il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayəti Bədən Tərbiyəsi Baş İdarəsinin baş direktoru Əli Molla Əhmədinin başçılığı ilə 4 nəfərlik nümayəndə heyəti Naxçıvana səfər etmişdir.Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan MR gənclər və idman naziri ilə görüş keçirmişdir.
  • 24-26 may 2008-ci il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayəti Bədən Tərbiyəsi Baş İdarəsinin baş direktoru Əli Molla Əhmədinin dəvəti ilə Naxçıvan MR gənclər və idman naziri Sucaxan Novruzovun başçılığı ilə nümayəndə heyəti İran İslam Respublikasının Urmiya şəhərinə səfər etmişdir.
  • 27.05.2008-ci il tarixdə İran İslam Respublikası Luristan Vilayətinin valisi Hüseyn Sabirinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində, vali Hüseyn Sabiri və onun müavini Seyidrza Dehnad Naxçıvan MR Ali Məclisinin Sədri ilə görüşmüşlər.
  • 30 may - 04 iyun 2008-ci il tarixlərdə İran İslam Respublikasının Tehran şəhərində Ayətullah Xomeyninin vəfatının 19-cu ildönümü münasibəti ilə keçirilmiş mərasimdə Naxçıvan Muxtar Respublikasından da 4 nəfər nümayəndə iştirak etmişdir.
  • 14-15 iyul 2008-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran İslam Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində Ali Məclisin Sədri İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, İslam Şurası Məclisinin Sədri Əli Laricani, xarici işlər naziri Mənuçehr Mottəki və Prezidentin müşaviri və Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustavafi ilə görüşlər keçirmişdir.
  • 12-13 oktyabr 2008-ci il tarixlərdə İran İslam Respublikasının Urmiya şəhərində "Qərbi Azərbaycanın investisiya potensialları və imkanları" mövzusunda keçirilmiş beynəlxalq simpozumda Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin iki nəfər nümayəndəsi iştirak etmişdir. Simpozumda Türkiyə, İraq, Kanada, Fransa və Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Azərbaycandan da iş adamları və dövlət rəsmiləri iştirak etmişlər.
  • 24-25 noyabr 2008-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin dəvəti ilə İran İslam Respublikası Qərbi Azərbaycan Vilayətinin valisi Rəhim Qurbaninin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmişdir.
  • 27-28 noyabr 2008-ci il tarixlərdə İran İslam Respublikası İslam Şura Məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının sədri Əlaəddin Bürücerdi və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbulunda olmuşdur.
  • 05 mart 2009-cu il tarixdə İran İslam Respublikasının Azad İslam Universitetinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan Dövlət Universitetin rektoru və Naxçıvan MR səhiyyə naziri ilə görüşmüşlər.
  • 16 aprel 2009-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin dəvəti ilə İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin valisi Əhməd Əlirza Beyginin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında birgünlük işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmişdir.
  • 30 aprel - 01 may 2009-cu il tarixlərdə İran İslam Respublikası Prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstəfəvi Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olmuşdur. Səfər çərçivəsində, nümayəndə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşmüşdür.
  • 15-17 iyun 2009-cu il tarixlərdə İran İslam Respublikasının Ərdəbil Vilayətinin gömrük və iqtisadiyyat məsələləri üzrə 7 nəfərlik nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri və Dövlət Gömrük Komitəsinin sədri ilə görüşmüşdür.
  • 26-27 iyul 2009-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1-ci müavini A.Zeynalovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri, nəqliyyat naziri və Dövlət Gömrük Komitəsinin sədrindən ibarət nümayəndə heyəti İran İslam Respublikasının Ərdəbil Vilayətində səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Ərdəbil Vilayətinin valisi və digər rəsmilərlə görüşmüşdür.
  • 22 oktyabr 2009-cu il tarixdə Şahtaxtı sərhəd-keçid kompleksinin istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir. Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri və İran İslam Respublikasının Qərbi Azərbaycan valisinin müavini iştirak etmişlər.
  • 22 oktyabr 2009-cu il tarixdə İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı general Qasim Rizayi və onu müşayiət edən heyət Naxçıvana səfər etmişlər. Səfər çərçivəsində nümayəndələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşmüşdür.
  • 04-05 noyabr 2009-cu il tarixlərdə İran İslam Respublikası Prezidentinin müavini Həmid Bəğayinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası ilə tanışlıq və muxtar respublika ilə İran arasında iqtisadi, mədəni, nəqliyyat və turizm əlaqələrinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Prezident müavini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşmüşdür.
  • 14 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov İran İslam Respublikasında birgünlük rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində E.Məmmədyarov İran İslam Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Parlament Sədri, xarici işlər naziri və Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşlər keçirmişdir.
  • 19-20 dekabr 2009-cu il tarixlərdə Naxçıvan MR səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Təbriz Tibb Elmləri Universitetinin rektorunun dəvəti əsasında İranın Şərqi Azərbaycan vilayətinin səhiyyə müəssisələri ilə tanışlıq, səhiyyə sahəsində müasir təcrübənin öyrənilməsi və əməkdaşlıq imkanlarını müəyyənləşdirmək məqsədi ilə İranın Təbriz şəhərinə səfər etmişdir.
  • 22-24 dekabr 2009-cu il tarixlərdə İran İslam Respublikası İmam Xomeyni adına İmdad Komitəsinin sədrinin xarici əlaqələr üzrə müavini Məhəmməd Məhəmmədifərin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.
  • 14-15 yanvar 2010-cu il tarixlərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbaqir Bəhrami Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində, səfir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qəbulunda olmuşdur.
  • 15-16 mart 2010-cu il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Standartlaşdırma və Tədqiqat Baş İdarəsinin baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri və Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri ilə görüşlər keçirmişdir.
  • 28-29 mart 2010-cu il tarixlərdə İran İslam Respublikasının İslam Şurası Məclisinin Sosial məsələlər üzrə komissiyasının sədri Süleyman Cəfərzadənin başçılıq etdiyi Məclis nümayəndələrindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmişdir.
  • 05-06 aprel 2010-cu il tarixlərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin Gömrük İdarəsi arasında keçirilmiş işçi görüşündə iştirak etmək məqsədilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Tehrana səfər etmişdir.
  • 05-07 aprel 2010-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, kənd təsərrüfatı naziri İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətində və Tehran şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə İran İslam Respublikasının Xoy Şəkər Fabriki arasında şəkər çuğundurunun verilməsi və əvəzində şəkər tozunun alınması haqqında müqavilə imzalanmışdır.
  • 24-25 aprel 2010-cu il tarixlərdə İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Seyid Kazim Musəvinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən qəbul edilmişdir.
  • 10 may 2010-cu il tarixdə İran İslam Respublikasının Xoy Şəkər fabrikinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər etmişdir. Səfər çərçivəsində nümayəndələr Naxçıvan MR baş nazirinin müavini, kənd təsərrüfatı naziri ilə görüş keçirmişlər.
  • 16 may 2010-cu il tarixdə Naxçıvan Dövlət Universitetinin rektorunun başçılıq etdiyi universitetin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti ikitərəfli əməkdaşlıq haqqında 2009-cu ildə imzalanmış müqavilənin yerinə yetirilmə vəziyyətini müzakirə etmək və bir sıra mərkəzlərlə tanışlıq məqsədilə İran İslam Respublikasının Təbriz şəhərinə səfər etmişdir.
  • 02-05 iyun 2010-cu il tarixlərdə Ayətullah Xomeyninin vəfatının 21-ci ildönümü münasibəti ilə İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş mərasimdə Naxçıvan Muxtar Respublikasından da 4 nəfər nümayəndə iştirak etmişdir.
  • 06 avqust 2010-cu il tarixdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına yeni təyin olunmuş Baş konsulu Məhəmmədtağı Məhəmmədəli Naxçıvana gəlmişdir. Baş konsul Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmişdir. Baş konsul etimadnaməsini Ali Məclis Sədrinə təqdim etmişdir.
  • 16-17 avqust 2010-cu il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Xoy Şəkər Fabrikinin və Cəhad Əkinçilik Təşkilatının dörd nəfər nümayəndəsi Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar.
  • 05-10 sentyabr 2010-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət işçilərindən ibarət nümayəndə heyəti İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş 4-cü beynəlxalq mədəniyyət festivalında iştirak etmişdir.
  • 26-29 sentyabr 2010-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Sarvan İbrahimov İran İslam Respublikasının Tehran şəhərində səfərdə olmuşdur.
  • 7 oktyabr 2010-cu il tarixdə Naxşıvanda səfərdə olan İran İslam Respublikasının İslam Təbliği və Mədəniyyət Nazirliyinin iki nümayəndəsi Naxçıvan Beynəlxalq Hava Limanının direktoru ilə, Nazirliyin turizm agentlikləri üzrə direktoru, İran İslam Respublikasının Prezident Administrasiyası yanında Mədəniyyət Proqramlaşdırma Ofisinin rəhbəri və Mədəni İrs, Əl işləri və Turizm Təşkilatının nümayəndəsi isə Naxçıvan MR mədəniyyət və turizm naziri ilə görüşümüşlər.
  • 16-17 oktyabr 2010-cu il tarixlərdə İranın Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində keçirilmiş "Razəvi" şeir festivalında Naxçıvandan iki şair iştirak etmişdir.
  • 02-04 noyabr 2010-cu il tarixlərdə İranın Məşhəd şəhərində islam ölkələri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş "1-ci Beynəlxalq Konfrans və Turizm Sərgisi"ndə Naxçıvandan iki nəfər nümayəndə iştirak etmişdir.
  • 07 aprel 2011-ci il tarixdə İran İslam Respublikasının Araz Beynəlxalq Tehran Universitetinin nümayəndələri Naxçıvanda səfərdə olmuşlar.
  • 10-12 may 2011-ci il tarixlərdə Naxçıvan Dövlət Gömrük Komitəsinin dəvəti ilə İran İslam Respublikasının Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil Vilayətlərinin gömrük məsələləri üzrə məsul nümayəndələri Naxçıvana səfər etmişlər.
  • 16 may 2011-ci il tarixdə İran İslam Respublikasının Culfa Azad İqtisadi və Ticarət Zonasının rəisi Ə.Müqiminin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə olmuşdur.
  • 17 may 2011-ci il tarixdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Dəmir Yol Baş İdarəsinin Baş direktoru H.Musəvinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə olmuşdur.
  • 13 iyun 2011-ci il tarixdə İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Xoy Şəkər Fabrikinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə olmuşdur. Səfər çərçivəsində, Qərbi Azərbaycan vilayətinin Xoy Şəkər Fabriki ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında şəkər çuğundurunun verilməsi və əvəzində şəkər tozunun alınması haqqında müqavilə imzalanmışdır.
  • 24 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, İran İslam Respublikasının birinci vitse-prezidentinin və Şərqi Azərbaycan Vilayəti valisinin iştirakı ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında Culfa (Azərbaycan Respublikası) - Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün açılış mərasimi olmuşdur.
  • 25-26 iyun 2011-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Təbriz şəhərində "Şərqi Azərbaycan Vilayətinin bacarıqları və investisiya imkanları" mövzusunda keçirilmiş beynəlxalq simpoziumda iştirak etmək məqsədilə bu şəhərdə səfərdə olmuşdur.
  • 16 iyul 2011-ci il tarixdə Naxçıvan Dövlət Universitetində keçirilən "Məhəmmədhüseyn Şəhriyarın Sənət Dünyası" adlı beynəlxalq-elmi konfransda iştirak etmək məqsəilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətindən altı nəfərlik nümayəndə heyəti Naxçıvana səfər etmişdir.
  • 06-07 sentyabr 2011-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti Valisinin dəvətinə əsasən bu Vilayətdə işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində, Ali Məclisin Sədri Qərbi Azərbaycan Vilayətinin Valisi ilə görüşmüş və "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında İqtisadi və Mədəni sahələrdə əməkdaşlıq haqqında" Memorandum imzalanmışdır.
  • 04-07 oktyabr 2011-ci il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Balıqçılıq Baş İdarəsi Baş direktorunun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdə olmuşdur.
  • 08-14 oktyabr 2011-ci il tarixlərdə İran şairi H.Şirazinin yubileyinə həsr olunmuş konfransda iştirak etmək məqsədi ilə iki nəfər naxçıvanlı ziyalı Tehran şəhərində səfərdə olmuşlar.
  • 23 oktyabr 2011-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru İ.Həbibbəylinin başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Mərənd şəhərində səfərdə olmuşdur. Səfər çərçivəsində, İran İslam Respublikasının Azad İslam Universitetinin Mərənd filialı ilə NDU arasında idman, mədəniyyət, təhsil və elmi əməkdaşlığa dair müqavilə imzalanmışdır.
  • 02 noyabr 2011-ci il tarixdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Cihad Universitetinin rektoru Əhməd Fərşbafianın başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.
  • 03 noyabr 2011-ci il tarixdə İran İslam Respublikasının Təbriz Tibb Elmləri Universitetinin rektoru doktor Əlirza Yaqubinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.
  • 27-30 dekabr 2011-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının boks komandası İranın Qərbi Azərbaycan Vilayətinin Xoy şəhərində keçirilmiş boks üzrə beynəlxalq "Şəms" kuboku yarışlarında iştirak etmək məqsədi ilə bu şəhərdə səfərdə olmuşdur.
  • 2012-ci ilin yanvar ayında, İran İslam Respublikasının Təbriz şəhərində keçirilmiş şahmat üzrə beynəlxalq turnirdə muxtar respublikanın nümayəndəsi iştirak edərək, üçüncü yerə sahib olmuşdur.
  • 12 yanvar 2012-ci il tarixdə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Pəyame Nur Universiteti rektorunun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.
  • 03-04 fevral 2012-ci il tarixlərdə İran İslam Respublikasının Ərdəbil Vilayətinin valisi Seyyid Hüseyin Sabiri Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində, vali Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmişdir.
  • 06 fevral 2012-ci il tarixdə İran İslam Respublikasının Ədil Seyir İranian şirkətinin rəhbəri Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi ilə şirkət arasında imzalanması nəzərdə tutulan Naxçıvan-Urmiya və əksinə Urmiya-Naxçıvan müntəzəm avtobus marşrutu üzrə sərnişin daşınmasının təşkili haqqında Saziş layihəsini müzakirə etmək məqsədi ilə Naxçıvana səfər etmişdir.
  • 23-24 fevral 2012-ci il tarixlərdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yaranmasının iyirmi illik yubileyi münasibəti ilə keçirilmiş tədbirdə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətindən olan nümayəndə heyəti iştirak etmişdir.
  • 07 mart 2012-ci il tarixdə İran İslam Respublikasının xarici işlər naziri Ə.Ə.Salehinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirləri ilə üçtərəfli görüş keçirmək məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Səfər çərçivəsində, nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşmüşdür. Səfər zamanı, həmçinin hər üç ölkənin xarici işlər nazirləri tərəfindən görüşün yekunlarına dair "Naxçıvan Bəyannaməsi" imzalanmışdır.
  • 14 iyun 2012-ci il tarixdə İran İslam Respublikası Təhsil Nazirliyinin nəzdində olan Tehran Vilayətinin Özəl Məktəblərinin şura üzvlərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər etmiş və səfər zamanı Naxçıvan şəhər 17 saylı orta məktəbə baxış keçirmişlər.
  • 28 iyun 2012-ci il tarixdə İran İslam Respublikası "Mehr Azərbaycan" Özəl şirkət nümayəndələri Naxçıvana səfər etmişlər.
  • 16 iyul 2012-ci il tarixdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar vidalaşmaq məqsədilə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində, səfir Naxçıvan MR Ali Məclisinin Sədri tərəfindən qəbul edilmişdir.
  • 03 avqust 2012-ci il tarixdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti Araz Azad Zona Ticarət Təşkilatının iqtisadi və investisiya məsələləri üzrə rəis müavini Hatəmi Ələmdarinin başçılıq etdiyi nümayəndə heyəti yük daşınması üzrə Culfa-Naxçıvan-Türkiyə marşrutunun fəaliyyətinin artırılması məsələsini müzakirə etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.
  • 11 avqust 2012-ci il tarixdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətində baş vermiş zəlzələdən zərər çəkənlərə həmrəylik əlaməti olaraq 12 avqust 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikasından ilk yardım təbii fəlakət bölgəsinə göndərilmiş, çadır, ədyal və içməli su ilə yüklənmiş 3 ədəd iritutumlu yük maşınları İranın Şərqi Azərbaycan Vilayətinə yola salınmışdır.
  • 19 sentyabr 2012-ci il tarixdə Naxçıvan MR Ali Məclisi Sədrinin İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinə işgüzar səfəri zamanı imzalanmış "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında İqtisadi və Mədəni Sahələrdə Əməkdaşlıq haqqında Memorandum" çərçivəsində Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi və İran İslam Respublikasının "ƏDL Seyir İranian" sərnişindaşıma şirkəti arasında ötən ilin sentyabr ayında bağlanmış müqaviləyə əsasən, Naxçıvan-Urmiya və əksinə Urmiya-Naxçıvan müntəzəm avtobus marşrutu fəaliyyətə başlamışdır.
  • 19-25 oktyabr 2012-ci il tarixlərdə İran İslam Respublikasının Kiş adasında budo Şərq əlbəyaxa döyüşü üzrə keçirilmiş dünya çempionatında Azərbaycan yığma komandasının tərkibində muxtar respublika idmançıları da iştirak etmişlər. Çempionatda idmançılarımız 3 qızıl medal qazanmışlar.
  • 31 oktyabr-03 noyabr 2012-ci il tarixlərdə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Maku şəhərinin voleybol komandası beynəlxalq yoldaşlıq görüşü keçirmək məqsədilə Naxçıvana səfər etmişdir.
  • 14 noyabr 2012-ci il tarixdə İran İslam Respublikası Qərbi Azərbaycan Vilayəti Balıqçılıq Baş İdarəsi Baş direktorunun başçılıq etdiyi nümayəndə heyəti balıqların Naxçıvanın daxili sularına ötürülməsi məqsədilə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.
  • 12 dekabr 2012-ci il tarixdə İran İslam Respublikası Balıqçılıq Baş İdarəsinin nümayəndələri 60 000 ədəd xırda balığın Naxçıvan su anbarlarına buraxılması üçün Naxçıvan MR-də səfərdə olmuşdur.
  • 13-15 yanvar 2013-cü il tarixlərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin tanışlıq məqsədilə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində, qonaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən qəbul edilmişdir.
  • 27-28 aprel 2013-cü ildə Naxçıvan MR İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi və 4 ticari və iqtisadi şirkətin nümayəndələri Təbrizdə keçiriləcək ″ İranın ixracat imkanları″ birinci Expo sərgisində iştirak üçün İran İslam Respublikasına səfər etdilər.
  • 28.04.2013-ci ildə Naxçıvan Dövlət Universitetində İranlı şairlərin və Azərbaycanlı müəllim və tələbələrin iştirakı ilə Beynəlxalq Firdosi şünaslıq konfransı keçirildi.
  • 05.10.2013-cü il tarixdə İranlı və Azərbaycanlı şair, müəllim və tələbələrin iştiakı ilə Naxçıvan Dövlət Universitetində Beynəlxalq Şəhriyar şünaslıq konfransı təşkil olundu.
  • 04.02.2014-cü ildə Qərbi Azərbaycan Vilayətindən olan kənd təsərrüfatı heyəti Naxçıvana səfər etmiş, şəkər çuğundurunun əkini ilə bağlı müqavilənin yenilənməsi üçün Naxçıvan MR kənd Təsərrüfatı Naziri ilə görüşüb müzakirlər aparmışlar.
  • 11-13 fevral 2014-cü ildə Qərbi Azərbaycan Vilayətindən olan Kənd Təsərrüfatı heyəti İran İslam Respublikasının Naxçıvanda təşkil olunan Milli Bayramında iştirak etmək üçün muxtar respublikaya gəlmiş, 12 fevral tarixində Kənd Təsərrüfatı Naziri ilə görüşümüş və həmin gün şəkər çuğundururn əkilməsinə dair müqavilə yenidən imzalanmışdır.
  • İki illik fasilədən sonra 13 fevral 2015-ci ildə yeni tikilmiş Culfa-Culfa körpüsünün açılışı oldu.
  • 13-14 mart 2014-cü ildə İran İslam Respublikası Xarici İşlər Nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini Ağaye Rəhimpur , nazirliyin MDB və Qafqaz ölkələri idarəsinin rəisi və Xəzər dənizi məsələləri idarəsinin katibinində müşayiəti ilə Naxçıvana səfər etmiş, Ali Məclisin Sədri ilə görüşüb müzakirələr aparmışdır.
  • 18.04.2014-cü il tarixdə Təbriz Tibb Elmləri Universitetinin Rektoru Ağaye Doktor Somi başçılıq etdiyi heyətlə birgə Bakı səfərindən sonra Naxçıvana gəlmiş, Naxçıvan MR Səhiyyə Naziri Ağaye Doktor Niyazi Novruzovla görüşüb müzakirələr aparmış səhiyyə müəssisələri ilə tanış olmuşdur.
  • 15.05.2014-ci ildə İranınXarici işlər Nazirinin İdari və maliyyə işləri üzrə müavini Ağaye Danişyəzdi nazirliyin tikinti və dəstək sektorunun baş direktoru Ağaye Əminiyan ilə birgə İranın Naxçıvandakı Baş Konsulluğunun binasının vəziyyəti ilə tanış olmaq üçün Naxçıvana səfər etmişdir.
  • 10.06.2014-cü il tarixdə Naxçıvan MR iqtisadiyyat və Sənaye Naziri Ağaye Famil Seyidov Cahan Holdinq, Dizayn Holdinq, Araz Holdinq, Ləzzət yeyinti məhsulları şirkəti Araz 3 müəssisəsi, Hilal ət məhsulları şirkəti və AKİ farm əczaçılıq anbarının rəisləri ilə birgə Culfa Araz Azad Ticarət və Sənaye Zonasına səfər etmiş , Zonanın İcraçı Direktoru Ağaye Ərəbbağı ilə görüşüb müzakirələr aparmışdır.
  • 19-20.06.2014-cü ildə Naxçıvan MR Kənd Təsərrüfatı Naziri Ağaye Elşad Əliyev başçılıq etdiyi heyətlə birgə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına dair müakirələr aparmaq məqsədi ilə Urmiyəyə səfər etmişdir.
  • 19-20.08.2014-cü ildə Qərbi Azərbaycan Vilayətinin Kənd Təsərrüfatı heyəti naxçıvana səfər etdi. Səfər çərçivəsində Kənd Təsərrüfatı Naziri ilə görüşən heyət üzvləri naxçıvanda hər biri 5 hektarda olmaqla Kolza bitkisini və bəzi meyvələri təcrübə məqsədi ilə əkməyə dair müzakirə apardılar.
  • 23.10.2014-cü il tarixdə Qərbi Azərbaycan Valisi Ağaye Qurbanəli Səadət cənabları başçılıq etdiyi heyətlə birgə Naxçıvan Mr-na səfər etdi. Vali və heyət üzvləri Ali Məclisin Sədri ilə görüşüb, əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr apardı. Sonra qonaqların şərəfinə Ali Məclisin Sədri tərəfindən Nəqşicahan restoranında şam ziyafəti verildi. Səfərin ikinci günü də Ali Məclisin Sədri Naxçıvan şəhərində yerləşən Musiqili və dram teatrın binasında vali ilə təkrar görüşdü.
  • 22.01.2015-ci il tarixdə Qərbi Azərbaycan Vilayətinin Kooperativ otağının Katibi Ağaye İsmaili sahibkarlardan və tacirlərdən ibarət heyətlə birgə, naxçıvanda keçirilməsi nəzərdə tutulan ticari sərgi barədə müzakirələr aparmaq məqsədi ilə naxçıvana səfər etdi.
  • 03.02.2015-ci ildə Xoy qənd fabrikasının icraçı direktoru ağaye Dehbokri və fabrikazının texniki müşaviri ağaye Kərim Nijad şəkər çuğundurunun yenidən əkilməsinə dair müzakirələr aparmaq məqsədi ilə naxçıvana gəldi. Nazirlə görüş zamanı bu sahədə əməkdaşlığın davam etdirilmə imkanının olmadığı diqqətə çatdırıldı.
  • 11.03.2015-ci il tarixdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına yeni təyin olunmuş Baş Konsulu ağaye Mansour Airom Culfa gömrük keçid məntəqəsindən Naxçıvana daxil olmuş, Gömrük rəisi və Sərhəd dəstəsinin komandiri tərəfindən qarşılanmışdır. Baş Konsul 14.03.2015-ci ildə öz etimadnaməsinin surətini Ali Məclisin Sədrinə təqdim etmiş və öz fəailiyyətini rəsmi qaydada bşalamışdır.Baş Konsul 01.04.2015-ci ildə etimadnaməsinin əslini Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Protokol idarəsinin müdirinə təqdim etmişdir.
  • 14.05.2015-ci ildə Qərbi Azərbaycan Vilayətinin Kooperativ otağının Katibi Ağaye İsmayili başçılıq etdiyi heyətlə birgə Naxçıvanda təşkil olunacaq iqtisadi sərgi ilə bağlı müzakirələr aparmaq məqsədi ilə Naxçıvana səfər etdi.
  • 21.05.2015-ci ildə Qərbi Azərbaycan Valisinin Siyasi,ictimai və təhlükəsizlik məsələləri üzrə müavini Ağaye Əlireza Radfər , Urmiyə Tibb Universitetinin Rektoru Cavad Ağazadə Əttari və Valiliyin Siyasi Məsələlər və Seçki İdarəsinin rəis muavini Ağaye Ramazani ilə birlikdə Naxçıvana səfər etdi.Valinin siyasi işlər üzrə müavini Ali Məclis Sədrinin Birinci müavini ilə və Tibb Universitetinin Rektoru isə Səhiyyə Naziri ilə görüşdülər.
  • 09 iyun 2015-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri Ağaye Vasif Talıbov Şərqi Azərbaycan Valisi Ağaye İsmayıl cabbarzadənin dəvəti əsasında başçılıq etdiyi heyətlə birgə Təbrizə səfər etmişdir. Ali Məclis Sədrinin Birinci müavini, Baş Köməkçisi, Səhiyyə Naziri, İqtisadiyyat və Sənaye Naziri də bu səfərdə Ali Məclis Sədrini müşayiət etdilər. Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Naziri Çərqi Azərbaycan Vilayətindən olan tacir və iş adamları ilə görüşdü.
  • 14-17 avqust 2015-ci ildə Qərbi Azərbaycan Vilayətinin Birinci ″ İstehsal və ixracat imkanları″ sərgisi Naxçıvan şəhərində təşkil olundu. Qərbi Azərbaycan Valisinin Siyasi və Təhlükəsizlik məsələləri üzrə müavini Ağaye Əlireza Radfər Ali Məclis Sədrinin Birinci Müavini Ağaye Azər Zeynalovla birgə sərginin açılışında iştirak etdilər.
  • 17-18 avqust 2015-ci il tarixdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Sədri Asəf Quliyev Culfa, Şahtaxtı və Beləsuvar gömrüklərinin rəisləri ilə birgə Təbrizə səfər etmiş, Şərqi, Qərbi və ərdəbil vilayətlərinin Gömrük nazirləri ( məsul şəxsləri) və Culfa və poldəşt gömrüklərinin rəislərinində iştirakı ilə müştərək iclas keçirmişdirlər. İclasda gömrüklərdə olan problemlər və onların həlli yolları müzakirə olundu və fikir mübadiləsi aparıldı .
  • İran İslam respublikasının Bakıdakı Səfiri Ağaye Möhsün Pakayin 14 sentyabr 2015-ci il tarixdə Təbrizdə keçiriləcək Məhəmməd Hüseyin Şəhriyarin müasir qəzəlləri beynəlxalq fetivalında iştirak etmək məqsədi ilə Təbriz səfəri çərçivəsində Naxçıvana gələrək Ali Məclisin Sədri Ağaye Vasif Talıbovla görüşümüş, qarşılıqlı ikitərəfli əməkdaşlığın vəziyyəti barədə müzakirələr aparmışdır.
  • Araz Azad Sənaye və Ticarət Zonasının İcraçı direktoru Ağae Möhsün Xadim Ərəbbağı başçılıq etdiyi heyətlə birgə 6-7 oktyabr 2015-ci ildə Naxçıvana səfər etdi. Azad Zonanın iqtisadiyyat, sənaye və mədəniyyət sahələrindəki məsul şəxsləri və zonada fəailiyyət göstərən bəzi sahibkarlar İcraçı Direktoru səfərdə müşayiət etdilər. Ağaye Ərəbbağı səfər çərçivəsində Ali Məclisin Sədri, İqtisadiyyat və Sənaye Naziri, Kənd Təsərrüfatı Naziri, dövlət Gömrük Komitəsinin Sədri ilə görüşmüş, hər iki tərəfdən olan sahibkarların iştirakı ilə keçirilən biznes forumda iştirak etmişdir.
  • Qərbi Azərbaycan Vilayətinin İdman və Gənclər Baş İdarəsinin baş Direktoru Ağaye Abdulla Çəməngüli başçılıq etdiyi heyətlə birgə 13-14 oktyabr 2015-ci il tarixdə naxçıvana səfər etmiş, Naxçıvan MR Gənclər və İdman Naziri Ağaye Azad Cabbarovla görüşərək fikir mübadiləsi aparmışdır. O , həmçinin Naxçıvan şəhərinin idman kompleksləri və Şərur olimpiya idman kompleksi ilə də tanış olmuşdur.
  • Şərqi Azərbaycan Valisi Ağaye İsmayıl Cabbarzadə 19 oktyabr 2015-ci ildə Bakıya sıfıri çərçivəsində Naxçıvana gəlmiş, Naxçıvan MR Ali Məclisinin Sədri Ağaye Vasif Talıbovla görüşmüşdür. Siaysi və Təhlükəsizlik məsələləri üzrə müavin Ağaye Səid Şəbistəri,Təbriz Tibb Elmləri Universitetinin Rektoru Məhəmməd Hüseyin Somi və Təbriz Ticarət, Mədən və Sənaye palatasının sədri ağaye Səməd Həsənzadə Valinin müşayiət edirdilər.  
  • Təbriz Tibb Elmləri Universitetinin müəllimlərindən ibarət 7 nəfərlik heyət 4 fevral 2016-cı ildə Naxçıvan şəhərinə səfər etmiş, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Niyazi Novruzovla görüşmüş, Naxçıvanda yerləşən bir neçə xəstəxana və səhiyyə müəssisəsi ilə tanış olmuş və əməkdaşlığın inkişafına dair müzakirə aparmışlar.

  • Şərqi Azərbaycan Vilayətinin Standartlaşdırma və Sənaye Təhqiqatı Təşkilatının Baş Direktoru ağaye Sasan Fərşi Həqru cənablarının başçılıq etdiyi heyət Naxçıvan Muxtar Respublikasına səfər etdi. Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sədri ağaye Bəxtiyar İsmayılov cənabları ilə görüş keçirildi. Daha sonra naxçıvanın bir neçə istehsal müəssisəsi və standartların yoxlanılması üçün təsis olunan laboratoriya ilə tanış oldular.

  • Naxçıvan Dövlət Universitetinin Rektoru Ağaye Saleh Məhərrəmov cənabları iki nəfər müavini ilə birlikdə 22-23 fevral 2016-cı ildə Urmiyəyə səfər etmiş, Qərbi Azərbaycan Vilayətinin elm, təhsil və təhqiqat imkanları ilə tanış olmuş ,Urmiyə Universitetinin Rektoru ağaye Doktor Hobb Nəqi , prorektorlar və müəllimlərlə görüşüb müzakirələr aparmışdır.   

  • Qərbi Azərbaycan vilayətinin ʺAzərbaycanʺ xəstəxanasının rəisi ağaye Doktor Mehri cənablarının başçılıq etdiyi həkim heyət 26 fevral 2016-cı ildə naxçıvana səfər etdi. O və başçılıq etdiyi heyət səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri doktor Niyazi Novruzov cənabları ilə görüşüb , Naxçıvan MR səhiyyə müəssisələri ilə tanışmış və səhiyyə sahəsində əməkdaşlığa dair müzakirələr aparmışlar.

  •  İran İslam Respublikasının Dəmir Yolları idarə heyətinin üzvü ağaye Abbas Fəthəliha cənabları başçılıq etdiyi heyətlə birgə 03 mart 2016-cı ildə naxçıvana səfər etmiş, Azərbaycan Dəmir Yolları QSC-nin Sədri ağaye Cavid Qurbanov cənabları və başçılıq etdiyi heyətlə görüş keçirərək, Astara- Astara dəmir yolu xəttinin birləşdirilməsi və Naxçıvan- Məşhəd sərnişin qatarının açılmasına dair müzakirələr aparmışdır. Görüşün razılaşmalarına dair protokol imzalanmışdır.

  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ağaye Vasif Talıbov 4 may 2016-cı il tarixdə başçılıq etdiyi heyətlə birgə Poldəşt gömrük terminal kompleksinin açılışında iştirak etdi. Ali Məclis Sədrinin Birinci Müavini Azər Zeynalov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Rəisi Əsgər İsmayılov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədri Asəf Məmmədov, Naxçıvan Muxtar Respubikası Sərhəd Ədstəsinin Komandiri Asəf Quliyev, Kəngərli rayon İcra Hakimiyyətinin Başçısı Kamal Əkbərov və Ali Məclisin mətbuat şöbəsinin müdiri səfər çərçivəsində Ali Məclis Sədrini müşayiət etdilər.

  • Qərbi Azərbaycan Vilayəti Kooperativ otağının rəisi ağaye Şərifixahın başçılıq etdiyi, vilayətin və digər bölgələrin iş adamlarından ibarət iqtisadi heyət 11-12 iyul 2016-cı ildə Naxçıvan Muxtar Respublikasına səfər edərək, İran İslam RespublikasınınBaş Konsulu iləgörüşmüş, muxtar respublikasın bizines mərkəzində naxçıvanlı iş adamları ilə müştərək bizines forum təşkil etmiş və ikitərəfli əməkdaşlıq prespektivlərini müzakirə etmişdirlər.

  • Şərqi Azərbaycan valisini iqtisadi məsələlər üzrə müavini Əli Nəvadadın başçılıq etdiyi 24 nəfərdən ibarət Təbriz Ticarət palatasının üzvləri 27-28 iyul 2016-ci il tarixdə naxçıvanda səfərdə oldular. Heyət üzvləri səfər çərçivəsində İranın Naxçıvandakı Baş Konsulu Mansour Airom və Naxçıvan MR Ali Məclis Səddirnin müavinləri ilə görüşdülər. Naxçıvan MR İqtisadiyyat nazirinində iştirak etdiyi müştərək bizines forum iranlı heyətin səfər çərçivəsindəki proqramlarından biri oldu.

  • İranın Şimalqərb vilayətlərinin ( Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil) gömrük rəsmilərindən ibarət heyəti 12 avqust 2016-cı il tarixdə cümə günü ikinci müştərək görüş təşkil etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasına səfər etdi. Şərqi Azərbaycan vilayətinin gömrüklərinin rəisi Əliəsğər Abbaszadənin başçılıq etdiyi iranlı heyətin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədri Asəf Məmmədovun başçılıq etdiyi naxçıvanlı heyətlə müştərək görüşü təşkil olundu. Üç saat davam edən görüşdə gömrük işlərinin və ticarətin sadələşdirilməsi barəsində müzakirələr aparıldı. Baş Konsul Mansour Airomla görüş, Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq və Dövlət Gömrük Komitəsinin Sədri tərəfindən təşkil olunan nahar ziyafətində iştirak heyətin digər proqramlarından idi.

  • İran İslami Şura Məclisinin İctimai Komissiyasının sədri Salman Xodadadinin başçılıq etdiyi komissiya üzvlərindən ibarət heyət 08.09.2016-cı il tarixdə Naxçıvana səfər edərək Baş Konsulluqda “Mina şəhidləri” konfrans zalının açılışında və təşkil olunan iclasda iştirak etdi.Araz Azad Zonanın rəhbəri Möhsün Ərəbbaği, Parlamentin Azad Zonalar üzrə müavini höccətülislam Mirzayidə açılış tədbirində iştirak etdilər.

  • İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqalada və səlahiyyətli səfiri Möhsün Pakayin vida görüşü məqsədi ilə 09.09.2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikasına səfər edərək Ali Məclisin Sədri Vasif Talıbov ilə görüşdü. Görüş zamanı Ali Məclisin Sədri Vasif Talıbov Möhsün Pakayinin İran İslam Respublikasının səfiri olaraq fəailiyyətinin səmərəli olduğunu diqqətə çatdırdı və  onu Azərbaycanın əbədi dostu olduğunu dedi . 

  • Poldəşt şəhərinin icra başçısı Əkbər Abdullanejad 07 oktyabr 2016-cı ildə cümə günü naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində, İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunda Baş Konsul Mansour Airomla görüçərək müzakirələr aparmışdır. İcra nümayəndəsi Məhəmmədzadə, Bələdiyyə rəisi Həsənzadə və Poldəşt görmük terminalının rəisi Azadi səfər çərçivəsində İcra Başçısını müşayiət etdilər. 

  • YUNESKO-ya bağlı Beynəlxalq Kəhriz və Tarixi Su Qurğuları təşkilatının üç nəfərlik heyəti təşkilatın rəhbəri Hüseyin Ğəfurinin başçılığı ilə 18-21 oktyabr 2016-cı ildə Naxçıvan Muxtar Respublikasında səfərdə oldular. Qonaqlar səfər çərçivəsində Naxçıvan MR Kəhrizlər idarəsinin rəisi Sədi müəllim və AMEA Naxçıvan bolməsinin Rəisi və bölmənin inistut rəhbərləri ilə görüşüb kəhrizlərlə bağlı əməkdaşlığa dair müzakirələr apardılar. Görüşlərdə naxçıvandakı kəhrizlər barədə müştərək təhqiqat və mütaliələrin aparılması və naxçıvan kəhrizlərinin YUNESKO-nun dünya mirası siyahısına salınmasına dair əməkdaşlıqlar müzakirə olundu. Qonaqlar Naxçıvan şəhərinin, Ordubad və Kəngərli rayonlarının bəzi kəhrizləri ilə tanış oldular. 

  • Şərqi Azərbaycan vilayətinin sahibkarlarından və biznesmenlərindən ibarət Təbriz Ticarət Palatasının üzvləri 24 oktyabr 2016-cı il tarixdə bazarertəsi günüPalatanın rəisi Əlireza Purağabalayinin başçılığı ilə Naxçıvana səfər edərək İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulu Mansour Airomla görüşüb müzakirələr apardılar. Heyət üzvləri səfər çərçivəsində Naxçıvan şəhərinin Biznes Mərkəzi və Duzdağ fiziyoterapiya mərkəzinə gələrək, Naxçıvanın iqtisadi və turizm potensiyalı ilə yaxından tanış oldular. İran İslam Respublikasının Şəbistər şəhərindən olan Millət Vəkili Xanım Məsumə Ağapur Bakıya səfər edəcək bu heyəti müşayiət edirdi.   

  • İran İslam Respublikasının Bakıdakı səfiri cənab Cavad cahangirzadə 14.11.2016-cı il tarixdə Naxçıvana səfəri çərçivəsində Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüşüb müzakirə apardı. Səfir səfər çərçivəsində Ümummilli lider Heydər Əliyev muzeyi, Biznes Mərkəzi, Ordubad şəhər Tarix və Diyarşünaslıq Muzeyi və Ordubad Marazad SES-nın tikiləcəyi ərazi ilə tanış olaraq , Naxçıvan MR İqtsadiyyat naziri Famil Seyidovla görüşmüşdür.

  • İran İslam Respublikası Gömrük rəisinin Müşaviri və Vilayətlərlə Kordinasiya Baş İdarəsinin Baş Direktoru cənab Nəzəri gömrük müdirlərindən ibarət 11 nəfərlik heyətlə birgə 11 dekabr 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrük keçid məntəqəsində Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Sədri Asəf Məmmədov və digər məsul şəxslərlə görüşüb müzakirələr apardı . İran İslam Respublikasının Naxçıvandakı Baş Konsul Mansour Airom və Qərbi Azərbaycan Vilayətinin gömrüklərinin rəisi Təqəvinin də iştirak etdiyi bu görüşdə gömrüklərdəki son vəziyyət müzakirə olunaraq fikir mübadiləsi aparıldı. İki ölkə gömrükləri arasında vahid pəncərə sisteminin yaradılması, işlərin sadələşdirilməsi məqsədi ilə davamlı ikitərəfli görüşlərin keçirilməsi, gömrüklərdəki problemlərin həll olunması və tranzit şərayitinin yaxşılaşdırılması görüşdə müzakirə olunan məsələlərdən idi.  

  • İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri və İran-Azərbaycan hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iranlı sədri cənab Mahmud Vaezi başçılıq etdiyi yüksək səviyyəli heyətlə birgə 29.12.2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikasına səfər etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüş, Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarının açılışı, müştərək biznes forumun keçirilməsi, İran-Azərbaycan hökümətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclasının yekun sənədlərinin imzalanması və Ordubad su elektrik stansiyasının tikiləcəyi əraziyə baxış cənab nazirin naxçıvana bir günlük səfər proqramı oldu.

  • İran İslam Respublikasının Rabitə və İnformasiya texnologiyaları naziri cənab Vaezinin naxçıvana səfəri ərəfəsində iranın dəmir yollarının içraçı direktoru cənab Səid Mohəmmədzadədə naxçıvana gələrək Naxçıvan-Məşhəd dəmir yolu xəttinin açılışında iştirak etmiş, daha sonra Azərbaycan Dəmir Yollarının məsul şəxsləri ilə keçirilən müştərək iclasda gələcək əməkdaşlıqlar barədə müzakirələr aparmışdır. 

  • Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin səkkiz nəfər əməkdaşı 23-26 yanvar 2017-ci il tarixdə Urmiyə şəhərində təşkil olunan müştərək təlim kurslarında iştirak etdilər. Kurs sonunda iştirakçılara beynəlxalq dərəcəli sertifikat təqdim olundu. 

  • Qərbi Azərbaycan valisi cənab Qurbanəli Səadət vilayətin məsul şəxslərindən və sahibkarlarından ibarət 21 nəfərlik heyətlə birgə 24 yanvar 2017-ci ildə  Naxçıvan Muxtar Respublikasına səfər etdi. Cənab Səadətin Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüşü, həmçinin vilayətin məsul şəxslərinin naxçıvanlı vəzifəli şəxslərlə görüş və müzakirələri səfər çərçivəsində icra olunan əsas proqramlardan idi. Vilayətin Mədən, Ticarət və Sənaye təşkilatının rəisi cənab İskəndəri, Kənd Təsərrüfatı Təşkilatının rəisi cənab Kərimzadə, Gömrüklərin rəisi cənab Təqəvi, İqtisadiyyat və Maliyyə işləri üzrə Baş Direktor, Mədəni İrs, Turizm və Əl işləri sənayesi Təşkilatının rəhbəri cənab Cabbari , Maku Azad Zonanın rəhbəri cənab Fruzan və Ticarət Palatasının rəisi cənab İntizar səfər çərçivəsində cənab Səadəti müşayiət etdilər.

  • İran İslam Respublikasının ikinci iqtisadiyyat sərgisi (Novruz yarmarkası ) 05-12 mart 2017-ci il tarixdə Naxçıvan şəhərində təşkil olundu. Yeyinti və əl işləri sənayesi üzrə təşkil olunan bu sərgidə iranın 4 vilayətindən 13 şirkət 108000 dollar dəyərində 1120 adda məhsul sərgiləndi. Bu sərginin təşkili ilə bağlı Qərbi Azərbaycan Valisinin 24 yanvar 2017-ci ildə naxçıvana səfəri zamanı razılıq əldə olunmuş , Qərbi Azərbaycan vilayətinin Kooperativ otağının təşkilatçılığı və Baş Konsulluğun kordinasiyası ilə keçirilmişdir. Sərginin açılış mərasimi Qərbi Azərbaycan valisinin iqtisadi işlər üzrə müavini cənab Nadir Səfərzadə , Naxçıvan MR Ali Məclisi Sədrinin Birinci Müavini cənab Azər Zeynalov, Naxçıvan MR İqtisadiyyat naziri cənab Famil Seyidov, Qərbi Azərbaycan vilayətinin Sənaye, mədən və ticarət təşkilatının rəhbəri cənab İskəndəri , İranın naxçıvandakı Baş Konsulu Cənab Airom və digər rəsmi şəxslər və naxçıvanlıların iştirakı ilə baş tutdu. 

  • Qərbi Azərbaycan valisinin iqtisadiyyat məsələləri üzrə müavini Nadir Səfərzadə 05 mart 2017-ci ildə bazar günü naxçıvana səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində Naxçıvan MR Ali Məclisi Sədrinin Birinci Müavini cənab Azər Zeynalov və İqtisadiyyat naziri cənab Famil Seyidovla görüşərək ikitərəfli əlaqələr və qarşıdakı əməkdaşlıqlar barədə müzakirə apardı. Qərbi Azərbaycan vilayətinin Sənət, mədən və ticarət təşkilatının rəhbəri cənab İskəndəri, Kooperativ otağının rəhbəri cənab Şərifixah, Poldəşt şəhər icra hakimi cənab Abdullanejad və İranın naxçıvandakı baş konsulu cənab Airom müşayiət edirdilər. Görüşün sonunda cənab Səfərzadəvə başçılıq etdiyi heyət ilə birgə Naxçıvan Biznes Mərkəzində sərgilənən yerli məhsullarla tanış oldu. 

  • Naxçıvan MR İqtisadiyyat naziri cənab Famil Seyidov 07 mart 2017-ci ildə Urmiyə şəhərində Novruz sərgisinin açılış mərasimində iştirak etmək məqsədilə irana səfər etmişdir. Bu sərgidə iranlı şirkətlərlə yanaşı naxçıvanın 16 şirkətidə iştirak edirdi. Açılış tədbirindən sonar sərgi ilə tanış olan nazir daha sonar Qərbi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini cənab Səfərzadə ilə görüşüb müzakirə apardı. 

  • İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun səyi nəticəsində , İran İslam Respublikası və Azərbaycan Respublikası gömrükçülərinin üçüncü müştərək iclası 3 iyul 2017-ci il tarixdə yüksək vəzifəli şəxslərin və dörd müştərək gömrük rəislərinin iştirakı ilə Urmiyə şəhərində keçirildi.İki ölkə arasında fəailiyyət göstərən dörd müştərək gömrük rəisləri mövcud problemlər və onların həlli yolları barədə müzakirələr apararaq , imkanlardan istifadə etməklə vətəndaşların , yük və minik avtomobillərinin keçidinin sadələşdirilməsi üçün razılığa gəldilər. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Sədri Asəf Məmmədov Azərbaycan Respublikasından olan gömrük heyətinə başçılıq edirdi.

  • Qərbi Azərbaycan vilayətinin Kooperativ otağının 27 nəfərdən ibarət sahibkar və tacirləri 04 iyul 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına səfər etdilər. Qərbi Azərbaycan vilayətinin Sənaye, Mədən və Ticarət palatasının Xarici Ticarət sahəsinin müdiri Hüseyin Məhəmmədcaninin başçılığı ilə Naxçıvana səfər edən sahibkarlar İranın Naxçıvandakı Baş Konsulu ilə görüşdükdən sonra, Naxçıvan Biznes Mərkəzi ilə tanış olaraq naxçıvanlı sahibkarlarla ikitərəfli görüşlər keçirdilər. 

  • “ Şəhriyar “ Mədəniyyət medalının beynəlxalq təqdim etmə mərasimi 18.09.2017-ci il tarixdə Təbriz universitetində keçirildi. Təbriz universitetinin rektoru Pur Mohammadi, İranın Ali dini rəhbərinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi və Təbriz şəhərinin imam cüməsi Ayətullah Ali Haşim, İran İslam Respublikasının Naxçıvan MR-dəki Baş Konsulu Mansour Airom, İran İslam Respublikasının Ərzurumdakı Baş Konsulu Hüseyin Qasimi və bir sıra mədəniyyət və elm xadimlərinində iştirak etdiyi bu tədbirdə  mədəniyyət sahəsində fəailiyyət göstərən xarici ölkələrin təhqiqatçıları , İran İslam Respublikasının Azərbaycan Respublikasında ( Naxçıvan) , Türkiyə ( Ərzurum) Respublikasında və Gürcüstan Respublikasında fəailiyyət göstərən mədəniyyət nümayəndələri “ Şəhriyar” Mədəniyyət medalı ilə təltif olundular.  Tədbirdə məsul şəxslərdən və mədəniyyət xadimlərindən bir neçəsinin Ustad Şəhriyarın məqamı barədə çixişindan sonra, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasından olan tərcüməçi və mədəniyyət xadimi Mirəsgər Behbudlu, Yas Ermençay Ərzurum Dövlət Universitetinin müəllimi, Tiblisi dövlət Universitetinin müəllimi Xanım Şurğaya, İranın Gürcüstandakı mədəniyyət atteşəsi Müctəba Kamranfərd, İranın Ərzurumdakı mədəniyyət atteşəsi Həsən Dideban və Qərbi Azərbaycan vilayətindən olan mədəniyyət sahəsində beynəlxalq əlaqələrin təşkilatçısı Mustafa Quluzadə “ Şəhriyar “ mədəniyyət medalı ilə təltif olundular.

  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov cənabları İran İslam Respublikasının Xarici İşlər Naziri cənab Mohammad Cavad Zərifin dəvəti ilə 17-18 dekabr 2017-ci il tarixdə  İrana rəsmi səfər etmişdir. Talıbov cənabları Xarici İşlər Naziri ilə görüşdən əlavə İranın İslami Şura Məclisinin rəhbəri Əli Laricani, İqtisadiyyat və Maliyyə naziri Məsud Kərbasian və İran-Azərbaycan Parlamentlər Arası Dostluq Qrupunun həmsədri Salman Xodadai ilə görüşüb müzakirələr aparmışdır. Səfərdə Ali Məclisin Sədrini Naxçıvan  Muxtar Respublikasının İqtisadiyyat Naziri Famil Seyidov, Kənd Təsərrüfatı Naziri Elşad Əliyev və Baş Köməkçi müşayiət edirdilər.

  • Qərbi Azərbaycan vilayətinin Kooperativ otağının üzvlərindən və ölkənin digər regionlarından olan 15 nəfər sahibkar 24.01.2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında səfər oldular. Qərbi Azərbaycan vilayətinin Kooperativ otağının beynəlxalq əlaqələr şöbəsinin məsulu şəxsi Mansour Haqbinin başçılığı ilə baş tutan səfərdə , qonaqlar Naxçıvan Bizines Mərkəzi ilə tanış olaraq Naxçıvan MR İqtisadiyyat nazirliyinin xarici investisiya və ticarət şöbəsinin müdiri ilə görüşdükdən sonra Baş Konsulluqda Baş konsul Mansour Airomla görüşdülər .
  • Şahtaxtı gömrük idarəsinin rəisi Vüqar Talıbov gömrüyün 5 nəfər əməkdaşı ilə birlikdə beynəlxalq gömrük günü münasibəti ilə 28.01.2018 –ci ildə Poldəşt gömrüyündə gömrük rəisi Əhmədpur, gömrük terminalının rəisi Azadi və digər məsul şəxslərlə görüşüb müzakirə apardılar.
  • “Fərab” şirkətinin 5 nəfərdən ibarət heyəti şirkətin icraçı direktoru Mehran Lotfi cənablarının başçılığı ilə 05.02.2018-ci ildə Naxçıvana səfər edərək , Naxçıvan MR Baş Nazirinin birinci müavini cənab Asəf Məmmədov və Gəmiqaya holdinqin rəhbəri cənab Emin Ucarla görüşərək Ordubad SES-in tikintisində iştirak məsələlərini müzakirə etdilər. Heyət üzvləri Ordubad SES-ə baxış keçirtdilər.
  • Naxçıvan MR İqtisadiyyat naziri Famil Seyidov 03.06.2018-ci il tarixdə Naxçıvan məhsullarının Urmiyada keçirilən sərgisinin açılışında iştirak etmək üçün Urmiyaya səfər etdi və Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari ilə görüşüb müzakirə apardı.
  • İİR Prezident Aparatının Protokol İdarəsinin Baş Direktoru Sadiq Abdullahi  06.03.2018-ci il tarixdə Naxçıvana səfər edərək Ali Məclis Sədrinin Birinci Müavini Azər Zeynalovla görüşüb müzakirə apardı .
  • Qərbi Azərbaycan valisinin Siyasi məsələlər üzrə müavini Əlireza Radfər, Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri İSkəndəri, Kooperativ otağının rəisi Şərifixah 08.03.2018-ci il tarixdə Naxçıvanda keçirilən “İran Məhsullarının Novruz Yarmarkası”-nın açılışında iştirak etmək üçün muxtar respublikasya səfər etdilər. Qonaqlar səfər çərçivəsində Ali Məclis Sədrinin Birinci Müavini Azər Zeynalovla da görüşdülər.
  • Şərqi Azərbaycan Dəmir Yollarının Baş Direktoru Şapur Ərsəlani 09.03.2018-ci il tarixdə Sərnişin məsələləri üzrə müavini ilə birlikdə Naxçıvana səfər edərək, Naxçıvan Dəmir Yollarının rəisi Mahir Əliyev ilə görüşərək, iki tərəfli əlaqələr o cümlədən Naxçıvan-Məşhəd qatarının vəziyyətinin yaxşılaşdırılması barəsində müzakirə apardı. Bu görüşdən bir müddət sonra İran dəmir yollarının yeni tənzimləmələrinə əsasən Naxçıvan-Məşhəd qatarının Tehranda bir neçə saatlıq dayanması və sərnişinlərin Qum şəhərində Həzrət Məsumə ( s)-i ziyarət etməkləri üçün imkan yaradılması təmin edildi.
  • İran İslam Respublikasının Bakıdakı hərbi atteşəsi Pilot Polkovnik Əli Seyfi 15.03.2018-ci il tarixdə Naxçıvana səfər edərək, Əlahiddə Ümumqoşun ordunun komandanı general-leytinant Kərəm Mustafayev və Naxçıvan MR Sərhəd Diviziyasının Komandiri Asəf Quliyev ilə görüşüb müxtəlif hərbi və iqtisadi sahələrdə əməkdaşlığa dair müzakirələr apardı.  
  • İİR İslami Şura Məclisinin İqtisadiyyat Komissiyasının katibi cənab Seyid Həsən Hüseyni cənab Həsən Nejad ilə birlikdə  27.03.2018-ci il tarixdə  Naxçıvana səfər etmiş, Baş Konsulluğun fəailiyyəti ilə yaxından tanış olmuş, Naxçıvanın bəzi görməli  yerləri və turizm imkanları il maraqlanmışdır.
  • İİR Xarici İşlər Naziri cənab Məhəmməd Cavad Zərif 06.04.2018-ci ildə Naxçıvana səfər etdi. Nazir İİR XİN-in yüksək səviyyəli müdirlərinin müşayiəti ilə Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif  Talıbovla görüşərək ikitərəfli münasibətlərin inkişafı barədə müzakirə apardı.Nazir Naxçıvana səfəri çərçivəsində Ali Məclisin Sədri tərəfindən təşkil olunan nahar ziyafətində iştirak etdikdən sonra “ Duzdağ” fizyoterapiya mərkəzi ilə yaxından tanış oldu. Zərif  Naxçıvan Dövlət Universitetində çıxış etdi. XİN rəhbəri İİR-in Naxçıvandakı Baş Konsulluğuna gələrək diplomatik nümayəndəliyin fəailiyyəti ilə yaxından tanış oldu. 
  • İİR Azad Zonaların Turizm müdiri cənab Rəhimi Maku və Araz Azad Ticarət zonalarının müdirlərinin müşayiəti ilə 08.04.2018-ci il tarixdə üç gün müddətinə Naxçıvanada səfərdə olmuş , “ Nəqşicahan “ holdinq tərəfindən təşkil olunmuş tanıtım tədbirində iştirak etmişdir.Bu tanıtım tədbirində 11 ölkədən 116 turizm şirkətinin məsul şəxsləriiştirak etmişdir.
  • Naxçıvan MR Mədəniyyət naziri xanım Natəvan Qədimova 25.04.2018-ci il tarixdə Təbriz-2018 İslam Turizm Paytaxtının açılış tədbirində iştirak etmək üçün İİR-in Təbriz şəhərinə səfər etmişdir.
  • Naxçıvan MR Səhiyyə nazirinin müavini xanım Səmrat Gənciyeva başçılıq etdiyi 7 nəfərdən ibarət heyətlə birgə 26.04.2018-ci il tarixdə Urmiyə şəhərinin Azərbaycan xəstəxanası tərəfindən təşkil olunan birgə elmi konfransda iştirak etmək üçün İrana səfər etdi. Xanım Gənciyeva konfransda çıxış edərək , Urmiyə Tibb Elmləri Universitetinin rektoru ilə görüşüb müzakirə apardı . Naxçıvanlı həkimlər səfər çərçivəsində İmam Xomeyni və Seyidəşşühəda xəstəxanaları ilə yaxından tanış oldular.
  • İİR-in Dövlət İşçiləri İstehlakçıları Birliklərinin (ESKAD)  müdirlərindən ibarət 23 nəfər 01-04.05.2018-ci il tarixdə Naxçıvanda səfərdə olaraq , Naxçıvanın  iqtisadi və istehsal imkanları ilə yaxından tanış oldular. Qonaqlar həmçinin Baş Konsulluğa gələrək Baş Konsul Mansour Airomla görüşüb müzakirə apardılar.
  • İİR Gömrük Administrasiyasının İnformasiya Texnologiyaları Baş İdarəsinin Baş Direktoru xanım Firuzə Xəyali 10.05.2018-ci il tarixdə Naxçıvana səfəri zamanı Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Sədri cənab Asəf Məmmədovla görüşərək  elektron məlumat mübadiləsinin icrası və “Bir Pəncərə” sistemində digər texniki məsələlərə dair müzakirə apardı. Şərqi Azərbaycan vilayətinin Baş Gömrük idarəsinin rəisi cənab Abbaszadə və Təbriz gömrük idarəsinin rəisi  səfərdə xanım Xəyalini müşayiət etdilər.
  • İİR-in Müdafiə nazirinin müavini və ETKA təşkilatının rəhbəri cənab Kərbəlayi 17.05.2018-ci il tarixdə Naxçıvanda səfərdə olmuş, Naxçıvan MR-in Baş Naziri cənab Əlövsət Baxşıyev , İqtisadiyyat naziri cənab Famil Seyidov və bəzi sahibkarlar, Kənd Təsərrüfatı naziri cənab Elşad Əliyev, Əlahiddə Ümumqoşun Ordu Komandiri general-leytenant Kərəm Mustafayev ilə görüşüb müxtəlif sahələrdə o cümlədən müştərək istehsala dair ikitərəfli əməkdaşlığa üçün müzakirə apardı .
  • İİR-in Mədəniyyət və İslami İrşad nazirliyinin Məclis və Vilayətlərlə iş üzrə müavini cənab Hüseyni Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad Baş İdarəsinin rəisi cənab Məhəmmədpourla birlikdə 17-18.06.2018-ci il tarixdə Naxçıvan-2018 İslam Mədəniyyətinin Paytaxtı tədbirinin açılış mərasimində iştirak üçün Naxçıvana səfər etdi. Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif  Talıbovla görüş, tarixi , turizm obyektləri və muzeylərlə tanışlıq qonağın səfər proqramlarından idi.
  • Urmiyə şəhərinin Azərbaycan xəstəxanasının 9 nəfərlik həkim heyəti 22.06.2018-ci il tarixdə Naxçıvana səfər edərək, naxçıvanlı həkimlərlə birgə təşkil olunan elmi konfransda iştirak və çıxış etdilər. Qonaqlar səfər çərçivəsində Naxçıvan MR Mərkəzi xəstəxanası, Doğum mərkəzi və Şərur rayon xəstəxanası ilə tanış oldular. Azərbaycan xəstəxanasının Baş həkimi doktor Fəllahi Mütləq Baş konsul Mansour Airomunda iştirakı ilə Naxçıvan MR Səhiyyə naziri doktor Niyazi Novruzovla görüşüb ikitərəfli əməkdaşlıqlarən inkişafına dair müzakirə apardılar.
  • Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbov 22.06.2018-ci il tarixdə Baş Konsul Mansour Airomu “Naxçıvan Muxtar Respublikasına Xidmətlərə görə” döş nişanı ilə təltif etmişdir.Bu medal Baş Konsulluğun fəailiyyətinə görə Mansour Airoma təqdim olunmuşdur.
  • Azərbaycan Respublikas DGK-nın Sədri cənab Səfər Mehdiyev , Naxçıvan MR DGK-nın Sədri cənab Asəf Məmmədov və digər məsul şəxslər 14.07.2018-ci il tarixdə İİR-in Culfa şəhərinə səfər edərək İran Gömrük Administrasiyasının rəhbəri cənab Forud  Əsgəri , digər məsul şəxslər və müştərək gömrüklərin rəisləri ilə müxtəlif  o cümlədən gömrüklərdə “Bir pəncərə” sisteminin tətbiqi sahəsində müzakirə apardılar. Culfa şəhərində görüş bitdikdən sonra Forud Əsgəri İran Gömrük Administirasiyasının 4 nəfər məsul şəxsləri ilə birlikdə Naxçıvana gələrək,Heydər Əliyev muzeyi ilə yaxından tanış olmuş və daha sonra Naxçıvan MR Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüşərək müzakirə apardı. Daha sonra ikitərəfli görüş təşkil olundu və razılaşmaların icrasına nəzarət edəcək işçi qrup yaradıldı və memorandum imzalandı.
  • 14.07.2018-ci il tarixdə şənbə günü  Culfa şəhərində Azərbaycan Respublikası və Naxçıvan MR-in gömrük rəislərinin görüşü bitdikdən sonra İİR Gömrük administrasiyasının rəisi Furud Əsgəri dörd nəfər gömrük müdirləri ilə birlikdə Naxçıvana səfər edərək Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüşdü. Gömrük sahəsində təşkil olunan görüşün sonunda iki ölkənin gömrük rəislərinində iştirakı ilə bəzi razılaşmalar əldə olunaraq sənəd imzaland

  • İİR-in Naxçıvana yeni təyin olunan Baş konsulu cənab Seyid Əhməd Hüseyni 06.08.2019-cu il tarixdə Culfa şəhərinin ( İran) icra başçısı və məsul şəxsləri tərəfindən qarşılanaraq yeni vəzifəsinin icrası məqsədi ilə Naxçıvan MR-ə daxil oldu. Baş konsulu Culfada ( Naxçıvan) gömrük və sərhəd məsul şəxsləri qarşıladı.

  • İİR-in Naxçıvan MR-dəki yeni Baş konsulu cənab Seyid Əhməd Hüseyni 11.08.2019-cu il tarixdə öz etimadnaməsini Ali Məclisin Sədri ilə görüşərək təqdim etdi.

  • İİR-in Yollar və Nəqliyyat Təşkilatının Beynəlxalq Gömrük Əməkdaşlıqları Ofisi, Nəqliyyat və Sərhəd Terminalları Ofisinin birgə təşkilatçılığı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsi arasında təşkil olunan birgə iclas Beynəlxalq Gömrük Əməkdaşlıqları Ofisinin Baş Direktoru cənab Kaxki, Nəqliyyat və Sərhəd Terminalları Ofisinin Baş Direktoru cənab Salmanzadənin və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Sədri cənab Səhhət Həbibbəylinin də iştirakı ilə 07.08.2018-ci ildə Şahtaxtı gömrük keçid məntəqəsində təşkil olundu.

  • İslami Şura Məclisinin Azad Zonalarla İş Komitəsinin bəzi üzvləri Araz Azad Zonasına baxış keçirmək məqsədi ilə Culfa şəhərinə səfər etmiş, səfər çərçivəsində 15.08.2019-cu il tarixdə Naxçıvan MR-ə gələrək Naxçıvanla tanış olduqdan sonra Baş konsulluqda iclas keçirmişdirlər.

  • İran İslam Respublilkasının Azərbaycandakı səfiri cənab Cavad Cahangirzadə 03.10.2019-cu il tarixdə Naxçıvana səfəri çərçivəsində Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüşdü.

  • İİR-in Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi 04.12.2020-ci il tarixdə Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüşərək Naxçıvan-İran əməkdaşlığının müxtəlif prespektivlərini müzakirə etdi.

  • 24.12.2019-cu il tarixdə İran-Azərbaycan müştərək texniki komissiyasının  Naxçıvanda Xudafərin-Qıqalası və Ordubad-Marazad su elektrik stansiyalarından birgə istifadə və buna dair əməkdaşlıqlar mövzusunda  iclası təşkil olundu.

  • İİR-in Xarici İşlər Naziri cənab Zərif 30.01.2021-ci il tarixdə başçılıq etdiyi heyətlə birgə İstanbuldan Naxçıvana gələrək Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüşüb Qarabağ müharibəsindən sonra bölgədəki yeni vəziyyət o cümlədən komunikasiya məsələlərini müzakirə etdi. Nazir Naxçıvan MR-in Baş naziri, Şərqi Azərbaycan Valisi, Culfa Azad Zonanın rəhbəri və digər qonaqla birgə Culfa dəmir yolu stansiyası, İran və keçmiş sovet hakimiyyəti arasında olan dəmir yolu körpüsü,İran və Naxçıvan arasında olan Culfa keçid məntəqəsi və taxta körpü ilə tanış oldu.

  • İİR parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri cənab Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti 17.02.2021-ci il tarixdə Naxçıvana səfər etmişdir. Regiondakı dəyişiklər barədə iclasda iştirak, Ali Məclisin Sədri Vasif Talıbovla görüş, bölgənin komunikasiya , dəmir yolu və nəqliyyat dəhlizlərinə baxış heyətin əsas proqramlarından idi.

  • İran İslam Respublikası və Azərbaycan Respubliaksının Energetika nazirlərinin başçılıq etdiyi heyətlərin iştirakı ilə 31.05.2021-ci il tarixdə Araz və Mil Muğan su anbarlarından birgə istifadənin əlli illiyinə həsr olunmuş tədbir keçirildi.

  • İİR-in Yol və Şəhərsalma naziri cənab İslaminin başçılıq etdiyi heyət 08.06.2021-ci il tarixdə Culfa ( İran) şəhərinə səfər edərək  orda Azərbaycan Respbliaksı Baş nazirinin birinci müavini cənab Şahin Muxtafayevin başçılıq etdiyi heyətlə birlikdə Culfa-Beləsuvar yolunun bir hissəsi, iki ölkə sərhəddi, İran-Azərbaycan və Ermənistan sərhədləri ilə tanış olmuşdur. Qonaq daha sonra Ali Məclisin Sədri cənab Vasif Talıbovla görüşmüşdür.

  • İran İslam Resoublikasının möhtərəm Yol və Şəhərsalma naziri cənab Qasimi başçılıq etdiyi heyətlə birgə 10.03.2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına səfər edərək Ali Məclisin Möhtərəm Sədri cənab Vasif Talıbov ilə görüşdükdən sonra , avtomobil və dəmir yolu layihəsi ilə yerindəcə tanış oldu.